Fikrət Fəraməzoğlunun həyat yoldaşını deportasiya edirlər

Hazırda həbsdə olan və işgəncə verildiyi iddia olunan Fikrət Fəraməzoğlunun həyat yoldaşı Faiqə Nüsrəti facebook statusunda ona olunan təqyiqlərdən bəhs edib. Faiqə xanımın dediyinə görə, onu ölkədən deportasiya etmək istəyirlər. xural.com olaraq Faiqə xanımın statusunu olduğu kimi təqdim edirik:

“Nəzərinizə çatdırmışdım ki, məni deportasiya olunmaqla təhdid ediblər. Bu gün bu məsələ öz təsdiqini tapdı. Bu gün mənə bir nömrədən zəng gəldi və mənə çox şübhəli suallar verildi. Suallar mənim harada yasamağımla bağlı idi. Mən Masallı rayonunda, Fikrət Fəraməzoğlunun ata evində qeydiyyatdayam. Bunun səbəbi öz evimizin kreditdə olması və kupçasının olmamasıdır. Mənim iki Azərbaycan vətəndası övladım və 5 illik qeydiyyat kartım var. Bu kart onu göstərir ki, mən Azərbaycan ərazisində vizasız yaşaya bilərəm. Bu, mənə deportasiya olunmaq haqda bir siqnal idi. Məni deportasiya etsələr ya gərək öz vətəndaşlarını, yəni övladlarımı ölkədən çıxardalar, ya da uşaqlarımı əlimdən alıb ataları həbsdə olduqları üçün uşaq evine verələr. Mən bu barədə dərhal vəkil Elçin Sadıqova məlumat verdim. Mənə nə zamana qədər təhdidlər davam edəcək? Yoldaşımı şərləyib həbs ediblər, mən müdafiə etməyim yoldaşımı?Mən hansı cinayəti törətmişəm? Bir qalıb uşaqlarımı əlimdən alsınlar, onu da edəcəklər. Mən İrana göndərilsəm, müdafiəni dayandıracağımı düşünənlər yanılırlar. Mən sonuna qədər davam edəcəyəm!”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button