Flora Kərimova şagirdlərlə bir arada-VİDEO&FOTO

Ötən ayın 13-də Bakı şəhəri, Nərimanov rayonu, Arif Vəliyev adına 258 saylı tam orta məktəbdə əlamətdar gün idi. Məktəbin direktoru Sədaqət Hüseynova, kitabxanaçı-təşkilatçı Mehriban Nəcəfova və məktəbin müəllim-şagird heyəti çox həyəcanlı idilər. Məktəbdə ölkənin tanınmış adamları ilə Vətənpərvərlik mövzusunda görüş keçirilirdi. Gözəl şair Ramiz Qusarçaylı, canlı əfsanə, korifey sənətkar, Xalq artisti Flora xanım Kərimova, vətənpərvər şeirlərin mahir ifaçısı, Azərbaycanın məşhur qiraət ustası Əməkdar artist Ağalar Bayramov, sevimli müğənni Aslan Hüseynov məktəbin qonağı idilər. Şagirdlər Ramiz Qusarçaylının şeirlərini öyrənmişdilər. Görüşdə məktəbin adını daşıdığı şəhid Arif Vəliyevin anası Solmaz xanım, Nərimanov  rayon İcra Hakimiyyətinin başçısının müavini İradə xanım, ustad aşıq Aşıq Əhliman da iştirak edirdilər. Yaddaqalan və çoşğulu keçən tədbirdən şagirdlər ömür boyu unutmayacaqları təəssüratlarla ayrıldılar. Onların əl işlərindən ibarət tabloları isə məktəbin direktoru Sədaqət xanım qonaqlara hədiyyə etdi. Tədbirdən sonra məktəbin kitabxanasında hazırlanmış çay süfrəsində müzakirələr davam etdi.

xural.com 258 saylı tam orta məktəbdə baş tutan bu görüşü lentə aldı və Oxucu-tamaşaçılarına təqdim edir:


Tədbirdən sonra yadda qalan fotolar:

DSC00242 DSC00245 DSC00256 DSC00263 DSC00264 DSC00266 DSC00270 DSC00380 DSC00381 DSC00382 DSC00383 DSC00385 DSC00389 DSC00390 DSC00392 DSC00394 DSC00396 DSC00427 DSC00430 DSC00432

SAM_0499 SAM_0492 SAM_0489 SAM_0480 SAM_0472 SAM_0469 SAM_0456 SAM_0454 SAM_0449

DSC00435 DSC00438 DSC00446 DSC00449 DSC00456 DSC00460 DSC00473 DSC00475 DSC00476 DSC00479 DSC00482 DSC00485 DSC00491 DSC00494 DSC00495 DSC00502 DSC00503 DSC00508 DSC00511 DSC00512 DSC00516 DSC00529 DSC00538 IMG-20160513-WA0018 IMG-20160513-WA0019 IMG-20160513-WA0023 SAM_0433 SAM_0435 SAM_0439 SAM_0441 SAM_0442 SAM_0443 SAM_0446 SAM_0447 SAM_0449 SAM_0469 SAM_0477 SAM_0480

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button