Flora Kərimovadan İlhaməyə…

flora ilhaməBu günlərdə xalq artisti Flora Kərimovanın uzun illərdir ki, küsülü olduğu həmkarı İlhamə Quliyeva haqqında musavat.com-a verdiyi açıqlama qarşı tərəfin hiddətinə səbəb olub.
Flora Kərimovanın “mən onu sənətkar hesab etmirəm və onun mənimlə barışmaq istəyini “siyasi oyun” adlandırıram” deməsi İlhamə Quliyevanı özündən çıxardıb.
İlhamə Quliyeva ölkə.az saytına açıqlama verərək bildirib ki, həmkarının ona borclu olduğu 3 min manat cəriməni bağışlamaq istəsə də, bu sözlərdən sonra fikrindən daşınmağa məcbur olub:
“Bəli, indi qəpiyinə kimi həmin məbləği ondan alacam, hələ onun canını da alacağam, gözünü də çıxardacağam… Yer üzündə bir Flora qala, bir mən, ömründə barışıq söhbəti ola bilməz.
Çünki biz başqa-başqa qurumların adamlarıyıq. Mən öz qurumumun şəxsiyyətiyəm, onun da öz dəstəsi var. Bu insan ömründə dönüb, ağıllı adam ola bilməz. Flora getsin, ağlına dua yazdırsın”.
Qarşı tərəfin də cavabı gecikməyib. Məsələ ilə bağlı musavat.com-a yenidən açıqlama verən Flora Kərimova məhkəmədə uduzduğu cərimənin necə ödəniləcəyindən danışıb:
 
“İndi də deyir ki, mən o cəriməni Floraya bağışlamaq istəyirdim. Bu, yalandır. Çox haqsız yerə məhkəmə məni 3 min manat cərimə etdi. Mənim adıma heç bir mülkiyyət yoxdur, yalnız dövlətdən hər ay 150 manat pensiya alıram.
Məhkəmə pensiyamı bötüv şəkildə ala bilməzdi. Buna görə də qərarlaşdırıldı ki, hər ay pensiyamın yarısı tutulsun. İndi hər ay pensiyamdan 60-70 manat tutulur. İlhamə bunu özünə rəva bilib, hər ay bu qədər gəlir əldə etmək istəyirsə, qoy, etsin. Mən “yolçu payı” yeyən deyiləm.
Bu minvalla hesaba görə cərimənin ödənilməsi yalnız 3 ilə başa gələcək. Bu illər ərzində ya o ölər cəriməni ala bilməz, ya da ki, mən dünyamı dəyişərəm, cərimə ödənilməmiş qalar”.
Xatırladaq ki, xalq artistləri Flora Kərimova və İlhamə Quliyeva uzun illərdir ki, küsülüdürlər və aralarında ciddi qarşıdurma var. Bu qarşıdurma məhkəmə salonlarınadək gedib, çıxıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button