Fransa, ABŞ, Kanada rəsmiləri və Britaniya kralı görüşəcək

Yayımlandı: 5 İyun 2024 15:58

Görüşdə Zelenskinin də iştirakı gözlənilir

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Co Bayden, Britaniya kralı Çarlz və Kanadanın Baş naziri Castin Trüdonu Normandiya sahillərində qəbul edəcək.
Görüş 1944-cü il 6 iyunda İkinci dünya müharibəsinin ən əsas desant çıxarma əməliyyatına həsr edilib və Ukrayna Prezidenti Volodimir Zelenskinin və sağ qalan 200-ə yaxın müharibə veteranının da iştirak edəcəyi gözlənilir.

“The Guardian” yazır ki, üçüncü ildir Kremlin Ukraynaya qarşı müharibəsi səbəbindən Vladimir Putin hökumətini təmsil edən heç bir Rusiya rəsmisi Yelisey Sarayı tərəfindən dəvət edilmir. AFP xəbər verir ki, tədbirdə anti-Kreml müxalifəti və vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak etməyəcəklər.

Bəzi rusiyalı dissidentlər Moskva rəsmilərinin iştirak etməməsi ilə razılaşsalar da, rusların böyük simvolik bayramlardan tamamilə kənarda qalmamalı olduqlarını bildiriblər.

Nobel Sülh Mükafatı laureatı Memorial qrupunun həmtəsisçisi, veteran hüquq müdafiəçisi Lev Ponomarev AFP-yə deyib: “Bu müharibədə milyonları qurban vermiş Rusiyanın nümayəndələrinin orada olmaması düzgün deyil”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button