Fransa baqeti UNESCO-nun mədəni irs siyahısına salınıb

UNESCO – BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə qurumu Mərakeşdə illik iclasında Fransa baqetini dünyanın qeyri-maddi mədəni irs siyahısına salıb. UNESCO təkcə bu xırçıldayan qabıqlı baton çörəyini deyil, onunla bağlı “sənət bacarıqlarını və mədəniyyəti” də mədəni irs obyekti kimi tanınıb.

Baqet fransız mətbəxinin ayrılmaz hissəsidir. O, bir çox ölkələrdə, o cümlədən keçmiş Fransa müstəmləkələrində populyardır. Cənub-şərqi Asiyada çörəyin özü o qədər də yayılmayıb, ənənəvi düyü ilə əvəzlənir.

Fransada hər gün 16 milyona yaxın baqet bişirilir, evlərdə, kafe və restoranlardan masaya verilir. Yumşaq və xırçıldayan baqet hazırlamaq bacarıqları nəsildən nəsilə ötürülür. Son onillər ərzində Fransada böyük supermarketlər şəbəkələri çoxaldıqca kiçik özəl çörəkçilərin sayı azalır. Ancaq baqet yenə də ölkədə əsas ərzaqlardan sayılır.

İndiyədək UNESCO bir sıra milli mətbəxlərdən yeməkləri mədəni irs siyahısına salıb. Bu sırada ərəb və türk qəhvəsi, Çin çayı, Şimali Afrika kuskusu, Azərbaycan dolması, erməni lavaşı, Ukrayna borşu var.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button