Rubrikalar: GÜNDƏM XuralTAC

“Fransa həmsədr rolundan imtina etsə yaxşıdır…”

Fransa prezidenti Emmanuel Makron ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı təsirlərini saxlamaq baxımından ciddi problemlə üzləşib, xüsusən də Fransadakı çoxsaylı erməni diasporunu və Azərbaycanın onu qərəzli olmaqda günahlandırdığını nəzərə alanda.

Virtualaz.org xəbər verir ki, bu haqda “Frans Press” agentliyinin məqaləsində bildirilir.

“Bir sıra analitiklər təxmin edirlər ki, əgər Fransa xüsusən Azərbaycan və onun müttəfiqi Türkiyə ilə mürəkkəb münasibətlərini nəzərə almaqla öz rolundan, yəni Minsk Qrupunun həmsədri statusundan imtina etsə daha faydalı olardı”,- agentlik yazır.

Xatırladılır ki, Qarabağda müharibə başlayandan bəri Fransa prezidenti Emmanuel Makron tərəflərdən birini müdafiə edib, Azərbaycanı açıq tənqid edib və onun müttəfiqi Türkiyəni “regiona cihadçıları gətirməkdə” günahlandırıb. Habelə münaqişənin həllinin Rusiya və Tükiyənin ixtiyarına buraxılmasını yolverilməz adlandırıb, problemi Minsk Qrupunun həll etməli olduğunu deyib.

Yerevan hərbi məğlubiyyətə uğrayanda və baş nazir Paşinyan Rusiya prezidenti Putinin nəzarəti altında təslim olmaq sənədini imzalayanda Fransa neqativ reaksiya ilə qarşılaşdı. Hərçənd Fransa münaqişədə neytrallığı saxladığına inandırmağa çalışır, amma getdikcə belə təkliflər çoxalır ki, Paris Minsk Qrupundakı mövqeyindən imtina etməlidir. Bu isə Fransa üçün çox mənfi təkliflərdir, çünki ölkə özünün beynəlxalq nüfuzunu möhkəmləndirmək istəyir.

“Situasiyaya Fransa parlamentinin Makronun sağçı opponentlərinin nəzarətində olan yuxarı palatasının noyabrın 25-də qəbul etdiyi, Dağlıq Qarabağın tanınmasını nəzərdə tutan, sırf simvolik qərarı da kömək etmədi. Hansı ki, bu addımı heç Yerevan özü atmayıb”,-agentlik qeyd edir.

“Fransa özünün həmsədr rolundan başqa, Avropa ölkəsinin və ya bütün Avropa İttifaqının mövqeyinin xeyrinə olaraq imtina etmək barədə düşünməlidir. O, həmin mövqeni 23 ildir ki, tutur və Almaniya, İsveç kimi Azərbaycanla, Ermənistanla daha balanslaşdırılmış münasibətlərə malik olan ölkələr yəqin daha çox iş görə bilərdi”,- Qarabağ münaqişəsi üzrə beynəlxalq ekspert Tomas de Vaal agentliyə açıqlamasında deyib.

“Minsk Qrupu yarandığı formada artıq ölüdür. Bu, kiminsə xoşuna gəlir, ya yox, amma Vladimir Putin ustalıqla oynadı. Və türklər də qapıya qol vurdu”,- bunu isə Fransanın beynəlxalq və strateji münasibətlər İnstitutunun (IRIS) direktor müavini Didye Billion vurğulayıb. Onun sözlərinə görə, Fransa Ermənistanın tərəfini tutmaqla “oyundan kənar” aldı, hərçənd onun həmsədr statusu ölkənin neytral qalmasını nəzərdə tuturdu.

Paylaş:

Son Əlavələr

  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Sülhəddin Əkbər Bayden dönəminə hazırlıqdan yazdı: “Görünən geopolitik inkişaf perspektivlərimiz”

Sülhəddin ƏKBƏR Azad Demokratlar Partiyasının və Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının sədri   Sabah – Yanvarın 20-də Co Baydenin and içərək prezident vəzifəsinin…

20 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb.  “Qafqazinfo” xəbər verir ki,…

20 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Əli Həşimov borcunu “Lotu Quli”nin məzarı üstündə həyatı ilə ödədi

2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən…

20 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Şuşa şəhərinə qədər 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib-FOTO

Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa…

18 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov Azərbaycana gətirildi

Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov Azərbaycana gətirilib. Bu…

18 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

“Samsung”un sahibi həbs edilib

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” şirkətinin sahibi, eyni zamanda İdarə Heyətinin sədri Li Ce Ön 2 il yarım müddətinə azadlıqdan…

18 Yanvar 2021
Xural.COM