Fransa ilə İtaliya arasında qalmaqal-Makron səfiri Romadan geri çağırdı

İtaliya baş nazirinin müavini Luiqi Di Maio “Sarı jiletlilər” hərəkatının liderləri ilə görüşdüyü üçün Fransa Romadakı səfirini geri çağırıb.

Teleqraf.com xəbər verir ki, “Beş Ulduz” Hərəkatının lideri olan Di Maio Paris yaxınlığında hərəkatın iki lideri ilə görüşüb.

O, görüşlə bağlı Tvitter hesabında “Dəyişklik küləyi Alp dağlarını aşdı” yazıb.

Bununla bağlı Fransa Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada “Bu yeni təhrik Avropa İttifaqının qəlbində ortaq olan iki qonşu ölkə arasında qəbuledilməzdir” ifadəsi qeyd olunub.

Qeyd edək ki, Paris və Roma arasında əlaqələr İtaliyada 2018-ci ilin iyununda populist və ifrat sağçı hökumətin hakimiyyətə gəlməsindən bu yana gərgindir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button