Fransa Senatının nümayəndə heyəti Bakıya gələcək
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəvətilə Fransa Senatının bir qrup deputatı fevralın 5-də Bakıya gələcək. Onlar “erməni soyqırımı”nın inkarına görə cəza qanununun ləğvi xahişilə Konstitusiya Şurasına müraciət edənlərdir.
Nümayəndə heyətinə senatorlar Natali Qule, Silvi Qo Şaven, Jan Mari Bokel, Evre More, Andre Rexar, Cani Lorju daxildir. Səfər zamanı fransız senatorlar Milli Məclisdə və bir sıra nazirliklərdə görüş keçirəcəklər. Onlar həmçinin azərbaycanlı qaçqınlar və məcburi köçkünlərlə görüşəcəklər.
Səfər fevralın 10-da başa çatacaq.
CONTACT