Fransalı tibb mütəxəssisi Azərbaycan Tibb Universitetində olub – FOTOLAR

atu 5“Fransada olan tibbi avadanlıqların bura gətirilməsi, bizim mütəxəssislər tərəfindən Bakıda mühazirələr aparılması, buradakı mütəxəssis və rezidentlərin Fransaya göndərilməsi kimi planlarımız var”

xural.com ATU-nun məlumatına əsasən xəbər verir ki, iyulun 14-də Fransanın “Opere Singulari” şirkətinin prezidenti Rime Barbara Sarrah  Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında olub. İlk olaraq qonaq universitetin Tədris Cərrahiyyə Klinikası ilə tanış olub. Klinikanın treninq mərkəzi, simulyasiya və əməliyyat otaqlarını gəzən Rime Barbara Sarrah  Azərbaycanda klinika açmaq istəyində olduğunu bildirib.

Görüş zamanı  fransalı tibb mütəxəssisinə ATU haqqında geniş məlumat verilib. Qeyd edilib ki, hazırda bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır.

Konfransı giriş sözü ilə açan Tədris Cərrahiyyə Klinikanın baş həkimi Asiman Həsənov  Rime Barbara Sarrahı və tədbir iştirakçılarını salamlayaraq, fransalı tibb mütəxəssisinin ATU-ya gəlişindən şad olduqlarını bildirərək qarşılıqlı əməkdaşlığın faydalı olacağını qeyd edib.

Rime Barbara Sarrah isə öz növbəsində ona göstərilən hörmətə görə hər kəsə təşəkkür edib. O, Azərbaycanla Fransa arasında bir çox istiqamətdə sıx əlaqələrin olduğunu deyib: “Lakin bəzi sahələrdə əməkdaşlıqda boşluq var, bura xüsusən də, tibb və cərrahiyyə sahəsi aiddir. Düşünürük ki, bu sahələr üzrə ölkənizlə əməkdaşlıq edə bilərik”.

Daha sonra Rime Barbara Sarrah ATU-nun Tədris Cərrahiyyə Klinikasının əməkdaşları, o cümlədən, şöbə müdirləri və rezidentlərin iştirakı ilə keçirilən konfransa qatılıb və rəhbərlik etdiyi şirkət haqqında mühazirə ilə çıxış edib.

Rime Barbara Sarrah Azərbaycana coğrafi və siyasi baxımdan inandıqlarını, bura gəlməzdən öncə araşdırmalar apardıqlarını, klinikalaramızın olduqca yaxşı vəziyyətdə, dünya standartlarına uyğun olduğunu öyrəndiklərini bildirdi. Qonaq həmçinin ATU-ya xüsusi təkliflərlə gəldiyini də vurğuladı. O, “bizim Fransada olan tibbi avadanlıqların bura gətirilməsi, bizim mütəxəssislər tərəfindən Bakıda mühazirələr aparılması, buradakı mütəxəssis və rezidentlərin Fransaya göndərilməsi kimi planlarımız var”.

Sonda Rime Barbara Sarrah konfransın iştirakçılarının suallarını cavablandırıb.

xural.com

atu 4 atu 3 atu 5

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button