Fransanın yeni baş naziri Elizabet Born olacaq

Born hazırda Yelisey sarayındadır, onun vəzifəyə təyinatı yaxın dəqiqələrdə rəsmən açıqlanmalıdır.

Born Fransa tarixində baş nazir təyin edilən ikinci qadın olacaq. Ondan əvvəl bu postu qadınlardan yalnız Edit Kresson tutub.

Born 2019-cu ildən 2020-ci ilə qədər Fransanın kompeks ekoloji dəyişikliklər naziri vəzifəsində çalışıb, 2020-ci ildən isə əmək, məşğulluq və inteqrasiya naziri vəzifəsində çalışıb.

Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron Baş nazir Jan Kasteksin istefasını qəbul edib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button