Fuad Əliyev imzatoplama kampaniyasını başa vurdu

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülən Fuad Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası başa çatıb.

Xural.com xəbər verir ki, bunu ALDP Mərkəzi Seçki Qərargahın (MSQ) üzvü Balaş Əliyev ALDP sədri Fuad Əliyevlə görüşdə bildirib.

Balaş Əliyev bildirib ki, ALDP Fuad Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin müdafiəsi üçün 69 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib və kampaniyanı başa çatdırıb.

ALDP MSQ toplanan imzalarla bağlı bir daha dəqiqləşdirmələr aparıldıqdan sonra sənədlər toplusu Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button