Fuad Əliyev: Qarabağ Komitəsinin üzvü kimi bizim partiya da mitinqdə öndə dayanacaq

“Qarabağın işğaldan azad olunması ilə bağlı davamlı mitinqlər olarsa, izdiham öz-özlüyündə yaranacaq. Burda heç kimsənin “mənəmlik” iddiasına yer yoxdur”.

Bunu Versus.Az-a ALDP sədri Fuad Əliyev Qarabağ Komitəsinin sentyabrın 29-na nəzərdə tutulan mitinqi ilə bağlı açıqlamasında bildirib.
F.Əliyev bu mitinqdən aktivlik gözləməyi elə də vacib saymayıb:
“Qarabağa dəstəklə bağlı mitinqlərin keçirilməsi illər boyu istənilsə də, buna icazə verilmirdi. İndi icazə verilib və əgər iştirakçıların sayı az olacaqsa, bunu faciə kimi qəbul etmək lazım deyil. Çünki bu, Qarabağla bağlı ilk icazəli mitinqdir və hələ ki, aktivlik olmaya bilər. Mitinqlər davamlı olduqca, aktivlik də artacaq.
Bütün zümrədən olanlar – müxalifətli, iqtidarlı hamı bu meydanda bir araya gələrək dünyaya lazımi mesajımızı verməliyik.
Təbii ki, Qarabağ Komitəsinin üzvü kimi bizim partiya da mitinqdə öndə dayanacaqdır. Eləcə də bütün partiyalar, ictimai fəaliyyəti aktiv olan bütün insanlar mitinqdə olmalıdır”.
ALDP sədri bildirib ki, bütün partiya liderləri diqqəti mitinqi kimin keçirməsinə deyil, orada qoyulan məsələyə yönəltməlidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button