Fuad Abbasov mayın 28-dən öncə ekstradisiya oluna bilər: Vəkilindən son məlumat

“Fuad Abbasov mayın 28-dən öncə Azərbaycana ekstradisiya edilə bilər”.

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan jurnalist Fuad Abbasovun vəkili Elman Paşayev bildirib.

O, dünən istintaq komitəsinə getdiyini dedi: “Mən onları tələsdirirəm. Hazırda dəqiqləşdirmələr gedir. Mən tələb edirəm ki, Fuad Abbasov orada olduğu müddətdə onu sorğu-sual etsinlər”.

Картинки по запросу Elman Paşayev

Vəkilin sözlərinə görə, F.Abbasovun ekstradisiyası mayın 28-dən daha tez ola bilər. E.Paşayev artıq müvafiq cərimənin ödənildiyini və bu barədə sənədləri səfirliyə apardığını dedi. Müsahibimizin sözlərinə görə, sənədlər F.Abbasovun olduğu yerə göndəriləcək və jurnalistin ekstradisiyası daha tez baş tuta bilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button