Futbol üzrə Avropa çempionatına start verilib

Yayımlandı: 15 İyun 2024 01:00

Almanlar ilk matçda Şotlandiya millisini böyük hesabla məğlub edib

İyunun 14-də Almaniyada futbol üzrə Avropa çempionatına start verilib.

A qrupunun ilk matçında meydan sahibi olan Almaniya millisi Şotlandiya yığması ilə qarşılaşıb.

Münhendəki “Allianz Arena”da keçirilən oyun saat 23:00-da start götürüb. Qarşılaşma almanların böyükhesablı qələbəsi ilə yekunlaşıb. Yulian Naqelsmannın baş məşqçisi olduğu komanda şotlandları 5:1 hesabı ilə məğlub edib.

Bu qrupun digər qarşılaşması iyunun 15-də, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında keçiriləcək.

24 milli komandanın mübarizə apardığı Avropa çempionatı iyulun 14-də başa çatacaq.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button