Füzulidə polis minaya düşdü, ayağı amputasiya olundu

Yayımlandı: 27 İyun 2022 16:28

DİN: “Hazırda həyatı üçün təhlükə yoxdur”

İyunun 26-da axşam saat 9-da Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisində polis əməkdaşı İlham Salmanov piyada əleyhinə minaya düşüb.

Baş Prokurorluqdan Meydan TV-yə verilən məlumatda bildirilir ki, müxtəlif dərəcəli xəsarətlər alan İlham Salmanov Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantıdır.

33 yaşlı İlham Salmanovun dərhal xəstəxanaya yerləşdirildiyi bildirilir.

Prokurorluq və polis əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma başlayıb.

Minaya düşən polis əməkdaşının durumuna gəlincə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, 33 yaşlı İlham Salmanovun ayağı amputasiya olunub.

“Ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub. Hazırda həyatı üçün təhlükə yoxdur”, – Elşad Hacıyev bildirib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button