Gələn il əmək pensiyaçılarının yaşayış minimumu və orta aylıq pensiya məbləği artırılacaq

Azərbaycan üzrə 2019-cu ilin sonuna əmək pensiyaçılarının sayının 1 286 700 nəfər olacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu, “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

Belə ki, 2018-ci ilin proqnozu üzrə əmək pensiyaçılarının sayı 1 301 800nəfər olub. Bu da onu göstərir ki, gələn il əmək pensiyaçılarının sayı 15 100 nəfər azalacaq.

Göstəricilərdə əmək pensiyaçılarının yaşayış minimumunun gələn il 149 manat olacağı nəzərdə tutulub ki, bu da 2017-ci il üzrə müvafiq göstəricidən 18.8 manat və ya 14.4 faiz, 2018-ci il üzrə müvafiq göstəricidən (144 manat) 5manat və ya 3.5 faiz çoxdur.

Orta aylıq pensiya məbləğinin gələn il 241 manat olacağı nəzərdə tutulub ki, bu da 2018-ci il üzrə müvafiq göstəricidən 14.2 manat və ya 6.3 faiz çoxdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button