Gəncə dindarları İlham Əliyevə müraciət ediblər: “İmamzadə” üçün…

“Bu gün Gəncədə yarləşən “İmamzadə” ziyarətgahının prezident İlham Əliyev tərəfindən əsaslı təmir olunmasından və möminlərin ixtiyarına verilməsindən bir il ötür” – bunu xural.com-un əməkdaşlarına Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, “İmamzadə” ziyarətgahının mütəvəllisi Hacı Tahir deyib. Onun sözlərinə görə, “İmamzadə” illər boyu təmir üzü görməyib: “Yüz illər boyu “İmamzadə” bu dərəcədə təmir olunmamışdı. Ən müxtəlif quruluşlarda yaşayan və fəaliyyət göstərən bir ziyarətgah olsa da, heç bir hökmdarın, ya da zəmanəsinin hakiminin belə diqqəti “İmamzadə”yə göstərilməmişdi. Amma bizim – dindarların müraciətinin və prezident İlham Əliyevin dindarlara yönələn qayğıkeş siyasətinin nəticəsi olaraq “İmamzadə” əsaslı təmir olundu. Böyük mehmanxana, “Zeynəbiyyə” və “Hüseyniyyə” kompleksləri, böyük xeyir-şər məkanı tikildi. “İmamzadə”nin girəcəyində böyük “İmam Hüseyn Meydanı” yaradıldı və bunun hamısını prezident İlham Əliyev etdi”.

Hacı Tahir sözlərinə əlavə olaraq onu da dedi ki, bu gün bu münasibətlə Gəncə dindarları prezident İlham Əliyevə müraciət edərək, ona “İmamzadə” ziyarətgahının əsaslı təmirinin 1 ilinin tamam olması münasibətilə öz təşəkkürlərini bildiriblər.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button