“Gəncə işi” üzrə fiqurantların yaxınları ədalət tələb edirlər

İyulun 2-də “Gəncə işi” üzrə bir neçə fiqurantın anası Azərbaycan Ali Məhkəməsinin binası qarşısında piket keçirib.

Məhkum Əkrəm Əliyevin anası Elmira Əliyeva bildirib ki, onun oğlunu Gəncə hadisələri zamanı videomüşahidə kamerasına düşdüyünə görə həbs ediblər. Onun sözlərinə görə, oğlu Gəncə Nizami Rayon Polis İdarəsində, sonra isə Bakıda işgəncələrə məruz qalıb.

“Mən başa düşmürəm ki, niyə erməni terrorçuları məhkəməyə əlləri açıq vəziyyətdə gətirirlər, bizim  uşaqlarımızı qandallarla” “, –o  deyib.

Ana həmçinin şikayət edib ki, Gəncədən olan deputat Musa Quliyev onlara yalan vədlər verib, sonra isə görüşlərdən boyun qaçırıb. “Biz artıq üç ildir ki, küçələrdə aksiyalar keçiririk. Həbs olunanların uşaqları öz atalarını görməyiblər. Baş Prokurorluqda və məhkəmələrdə bizi aldadırlar. Məhkumlara bəraət verin”, – digər qadın, 8 il müddətinə həbs edilmiş Həbib Qurbanovun anası Rəhilə Qurbanova deyib.

Gəncə polisində döyülmələr nəticəsində oğlunun gözləri tutulub, həbsxanada həkimlər ona tibbi yardım göstərmirlər.

“Biz Bakı ilə Gəncə arasında qalmışıq, həbs edilmiş övladlarımız üçün dərmanları özümüz alırıq”, – qadın bildirib.

Qadınlar prezidentə müraciət edərək övladlarının azad edilməsinə çağırıblar.

*3 iyul 2018-ci il tarixində Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və  cangüdənini yaralayıb. Bundan sonra iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib və bu iğtişaşlar zamanı iki polis əməkdaşı qətlə yetirilib. Bunun ardınca dindarların və başqa şəxslərin kütləvi həbsləri başlayıb.

Bu hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Müttəhimlər 6 ildən 18 ilədək azadlıqdan məhrum ediliblər.10-a yaxın adam şərti olaraq azad edilib.

Yunis Səfərov və  digər 11 nəfərin məhkəməsi 2020-ci ilin yanvarında başlayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button