Rubrikalar: GÜNDƏM XuralTAC

Gəncə məhbuslarından daha bir qrupuna ağır cəza istənildi

“Gəncə işi” üzrə ittiham olunan növbəti qrupun işi üzrə bugünki prosesdə dövlət ittihamçısının son çıxışı olub.

Prokuror Bəkrəm Əliyevin 16 il, Həbib Qurbanovun 15 il, Mirzə Hüseynovun 8 il, Asif Cavadovun 7 il, Elmir Hüseynzadənin 7 il, Şahin Verdiyevin 6 il, Vüqar Yusifovun 6 il, yetkinlik yaşına çatmamış Emil Məmmədovun islah-tərbiyə müəssisəsinə yerləşdirilməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttiham tərəfi Əliyev və Qurbanovu ciddi rejimli cəzaçəkmə müəssisəsinə salmağı təklif edib.

Müttəhimlər kütləvi iğtişaşlar təşkil etməkdə və ya iğtişaşlarda iştirak etməkdə, polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan güc tətbiq etməkdə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərin valideynləri prokurorun çıxışından narazılıqlarını bildiriblər. Onlar hesab edirlər ki, oğulları cinayət törətməyib.

Növbəti prosesdə vəkillər və müttəhimlər özləri çıxış edəcək.

İşə Gəncə Ağır Cinayətlər Məhkəməsi Bakının Sabunçu Rayon Məhkəməsinin binasında baxır.

* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o vaxtki icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib. Elə həmin gün DİN Gəncədə iğtişaşlar olduğu, iki polis əməkdaşının öldürüldüyü barədə məlumat yayıb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər aparılmağa başlayıb.

2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov idarədə keçirilən müşavirədə bildirib ki, E.Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfər barəsində isə beynəlxalq axtarış elan edilib.

10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşıb və işlər məhkəmələrə göndərilib. Təqsirləndirilən şəxslər müxtəlif müddətli həbs cəzalarına məhkum edilib.

Sonradan Apellyasiya Məhkəməsi işin altı fiqurantını azad edib.

Turan

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

ADR Hərəkatı anti-böhran paketini təqdim etdi

Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri   Koronavirus pandemiyasının Azərbaycan əhalisinə və iqtisadiyyatına təsirlərinin azadılmasına dair təkliflər…

5 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda 200 min şəxsə birdəfəlik ödəniş veriləcək

Bu ilin aprel-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 minə…

5 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Bu gündən evdən çıxmaq istəyənlər SMS göndərməlidir

Bu gündən Azərbaycanda vətəndaşların evdən çıxması icazə əsasında həyata keçiriləcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, vətəndaşlar…

5 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək-SİYAHI

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycanda həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində xidməti vəsiqələri və ya iş yeri barədə…

5 Aprel 2020
  • GÜNDƏM
  • XuralTAC

Bu gündən Azərbaycana giriş-çıxış və yerli hava uçuşları dayandırıldı

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel 2020-ci il…

5 Aprel 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı: “Tək qadağa və cərimələrlə koronavirusa qalib gəlmək olarmı?”-VİDEO

Əvəz Zeynallı Xural TV-nin bugünkü "Siyasət meydanı"nda ölkə gündəmini təhlil edib. Xural.com "Siyasət meydanı"nın 286-cı bölümünü təqdim edir:   …

5 Aprel 2020
Xural.COM