Gəncədə məktəbli qətlə yetirilib

Yanvarın 23-də səhər Gəncə şəhər 8 nömrəli tam orta məktəbin qarşısında məktəbin 11-ci sinif şagirdinin bıçaqlandığı bildirilir. Raul Rəhimov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov APA-ya deyib ki, kənar şəxs məktəbə daxil ola bilmədikdə geri qayıdarkən məktəbin şagirdi R.Rəhimov ilə aralarında mübahisə yaranıb. Onun sözlərinə görə, nəticədə kənar şəxs şagirdə bıçaq zərbəsi vurub.

APA qətli törətməkdə şübhəli bilinən bir yeniyetmənin saxlandığını yazır.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button