Ramil Usubovdan yeni rəis təyinatı

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə yeni rəis təyin olunub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin rəisi, polkovnik-leytenant Vüqar Xəlilov vəzifəsindən azad edilərək Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub. O bu gün işləyəcəyi kollektivə təqdim edilib.

 

Qeyd edək ki, Kəpəz rayon Polis İdarəsinin rəisi Azər Tağıyev ötən ilin dekabr ayında daxili işlər nazirinin əmri ilə Saatlı rayon Polis Şöbəsinə rəis təyin edilmişdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button