Gənc valideynlər İtaliyada təlim keçdilər-FOTO

“Gənc valideynlərin sahibkarlıq bacarıqlarının artırılması” mövzusunda təlimlər silsiləsi davam edir

“Erasmus+” layihəsi çərçivəsində maliyyələşdirilən “Gənc valideynlərin sahibkarlıq keyfiyyətlərinin artırılması” kampaniyası təlim və konfranslar silsiləsi vasitəsilə gənc valideynlərin sahibkarlıq bacarıqları, o cümlədən, fəaliyyət göstərən və potensial təlimçilər, müəllimlər, mentor və gənclər sahəsində çalışan işçilərin peşəkar bacarıqlarının artırılmasına həsr olunmuşdur.

Xural.com təşkilatçılara istinadən xəbər verir ki, əsas şüarı “Bacarıqlı gənc valideynlər işıqlı gələcəyin təminatçısıdır!” olan kampaniyanın məqsədi gənc valideynlər arasında sahibkarlıq bacarıqlarının müstəqil şəkildə yayılması, gənclərlə çalışan müəllim və işçilərin kvalifikasiyanın və dünyagörüşünün artırılması, könüllülük və mentorluq fəaliyyətlərinin təbliğ edilməsi, gənc valideynlər üçün rol modellərinin yetişdirilməsi, gənc valideynlərin özünüməşqulluq fəaliyyətinə cəlb olunması üçün daimi əsasda həvəsləndirilməsi, cəlb olunma və dayanıqlı inkişaf vasitələrinin tətbiqi ilə müxtəlif üsullarla sosial ünsiyyət və məlumat mübadiləsinin təkmilləşdirilməsidir.

Bu kampaniyanın ilk praktiki təlimi 2019-cu il may ayının 13-20-si tarixlərində İtaliyanın Neapol şəhərində keçirilmişdir.
Təlimin iştirakçılarından biri gənc valideyn Leyla Orucovanın verdiyi məlumata görə, Azərbaycan, Ukrayna və İtaliyanı təmsil edən 27 gənc valideyn 8 gün ərzində təlimlərdə iştirak ediblər. Təlim zamanı onlar öz bilik və bacarıqlarını inkişaf etdirdilər, yeni biznes ideyaları və əməkdaşlıq üçün yeni biznes partnyorlar qazandılar. Ölkəmizi təmsil edən 7 gənc sahibkar müxtəlif sahələri təmsil ediblər. Bu sahələr arasında informasiya texnologiyaları üzrə təhsil, uşaq inkişaf mərkəzi, şokolad butiki, konsaltinq və restoran bizneslərini təmsil edən gənclər ölkəmizə yeni ideyalar ilə qayıdıblar.
“Erasmus+” layihəsinin bu kampaniyası çərçivəsində Azərbaycanı rəsmi olaraq “Unistudy” şirkəti təmsil edir.
Təlimin iştirakçısı Leyla Orucova qeyd edib ki, bu cür layihələrdə iştirak etməyin bir çox üstünlükləri var: Məsələn, İtaliyada keçirilən təlim zamanı iştirakçılara təlimdən 2 gün əvvəl və ya sonra İtaliyanın istənilən şəhərində gəzmək imkanı verdilər, təlim zamanı qidalanma, aviabilet və yaşama xərcləri daxil olmaqla bütün xərclər təşkilatçılar tərəfindən qarşılanıb. Əlavə olaraq, 10 yaşınadək uşağı olan valideynlər təlimə uşaqları ilə qatıla bilərdilər. Valideynlərin təlimdə iştirakı zamanı uşaqların əylənməsi və təlimə maneçilik törətməməsi, eləcə də valideynin uşaqla asudə vaxtının səmərəli və maraqlı keçirməsi üçün şərait yaradılmışdı. Mən ilk dəfə idi ki, 3 yaşlı qızımla belə maraqlı təlimə qoşuldum və hər ikimiz səfərdən bol təcrübə, maraqlı təəssüratlar və gözəl dostlar qazanmaqla vətənə öz töhfəmizi vermək üçün geri döndük”.
Bildirək ki, “Gənc valideynlərin sahibkarlıq keyfiyyətlərinin artırılması” mövzusunda növbəti 5 təlim 2019-2020-ci illərdə mütəmadi olaraq müxtəlif ölkələrdə keçiriləcək. Növbəti təlimlərin ev sahibliyini Azərbaycan və Ukrayna edəcək.
Bu təlimlərdə iştirak etmək istəyən gənc valideynlər Unistudy-Xaricdə Təlim Mərkəzinin facebook səhifəsini izləyə, unistudy.baku@gmail.com email ünvanı və ya 055 2008939 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xural.com fotoları təqdim edir:

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button