Rubrikalar: CƏMİYYƏT

Gəzən evlər Azərbaycana da ayaq açdı

Caping-in azərbaycanlı sahibləri, “Hamıya məsləhət edirik”, dedilər.

Hər kəsin uşaqlıq xəyalları olur. Ancaq az insan o xəyallarının ardınca gedir. Nəzər Quliyev elə onlardandır. Xəyalı karvanla səyahət etmək olub və artıq iki ildir ki, bunu reallığa çevirib.

“Qafqazinfo” bildirir ki, ailə başçısı Nəzər uşaqlıqdan səyahətə marağının olduğunu, ailə qurdurdan sonra xəyalını gerçəkləşdirdiyini deyir: “Maşının arxa pəncərəsindən baxanda çox xoş bir mənzərə var: Evimiz arxamızca gəlir”.

Ailə maşın-evlə bütün Azərbaycanı gəzib. Hədəflərində Yunanıstan və Türkiyəyə səyahət etmək var.

“Karvanla səyahət etməyin əlverişli tərəfi səfərinizin tam sahibi olmağınızdır. Marşrutumuzu, gecələyəcəyimiz yeri, yemək vaxtımızı, bir sözlə, hər şeyi özümüz seçirik. Bundan başqa, istəmədiyimiz təqdirdə nə otelə, nə də restoranlara pul xərcləyirik.

Səyahətdə ən çox pul gecələmə və restoranlara çıxır. Ancaq biz bu yolla büdcəyə xeyli qənaət edə bilirik. Hər şey burada var. Soyuducunu doldurub gedirik. Qazımız, suyumuz, elektrikimiz, televizorumuz, hətta kondisionerimiz belə var”, – deyə o bildirir.

Paylaş:

This post was last modified on 28 Yanvar 2019 6:04 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Milli Məclisdə Şuşa müzakirəsi – deputatlar üz-üzə gəldi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov ordu rəhbərliyini tənqid etdi. O orduya rəhbərlik edənləri Azərbaycan dilini təmiz…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin…

1 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

“The Guardian”: Eldar Mahmudovun uşaqları Londonda çoxmilyonluq əmlaka sahibdirlər

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb. Virtualaz.org “The Guardian” qəzetinin…

1 İyun 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Pompeonun 89 yaşlı atası zəhərlə öldürülüb?-ABŞ-ÇİN savaşında sui-qəsdlər-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 29 may 2020-ci il   İlk gündən bu yana diqqəti ABŞ-la Çin arasında gedən ticarət savaşına,…

31 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Zakir Həsənovdan düşmənə xəbərdarlıq: “Bu dəfəki tədbirlər …tam fərqli olacaq!”

Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Müdafiə Nazirliyindən virtualaz.org-a …

30 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənovsuz media-nələr dəyişməlidir?

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, Prezidentin köməkçisi Əli Həsənovun vəzifəsindən uzaqlaşdırılmasından 6 aya vaxt ötür. PA-da aparılan…

30 May 2020
Xural.COM