Gəncə Aşura-VİDEO&FOTO
Hacı Tahir belə dua etdi…
Ayın 20-də ölkəmizdə Aşura günü qeyd edildi. Aşura yüz illərdir Azərbaycanda və İslamın şiə məzhəbinə daxil olan bütün dünya ölkələrində görkəmli mərasimlərlə qeyd edilir. Aşura günü Azərbaycanda da hər zaman qeyd edilir. Ölkəmizdə xüsusilə Gəncədə hər il izdihamlı Aşura tədbirləri keçirilsə də, son bir neçə ildir bu sahədə ciddi problemlər yaşanırdı. Elmar Vəliyevin Gəncənin icra hakimiyyətinin başçısı təyin edilməsi ilə onillər, yüzillər boyu Gəncədə yaşanmayan problemlər yaşanmağa başladı və demək olar ki, Gəncədə Aşura mərasimləri qadağan olundu. Bununla da regionda gərginlik özünü göstərdi.
Amma bu il Gəncəyə yeni icra hakimiyyəti başçısının – Niyazi Bayramovun təyin edilməsi ilə münasibətlər yeni mərhələyə keçdi və bütün qadağalar ortadan qaldırıldı. Burada təbii ki, yeni rəhbərliyin əməyini qeyd etmək yerinə düşər, ancaq daha bir şəxs var ki, onun İmam Hüseyn şəhərində tədbirlərin geri qayıtmasında daha böyük rolu var. Bu, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi və “İmamzadə” kompleksinin mütəvəllisi Hacı Tahir Abbaszadədən başqası deyil. Elmar Vəliyev zülmü ilə Hacı Tahir təkbaşına illər boyu savaş verdi. Onun törətdikləri qanunsuzluqlar haqqında ölkə rəhbərliyini mütəmadi məlumatlandırdı, “kəfən geyinərək” Bakıya yola çıxdığını dedi, şəhər rəhbərliyinin rəsmi toplantılarında dəfələrlə Elmar Vəliyev tərəfindən açıq təhqirlərə məruz qoyuldu, “İmamzadə” kompleksində – rəsmi iş yerində fəaliyyət göstərməz vəziyyətə salındı. Lakin çəkilmədi Hacı Tahir. Elmarın qorxusundan susan media qruplarının təktərəfli sosial linclərinə cavab verdi, Elmar Vəliyevin İmam Hüseyni və ailəsini necə təhqir etdiyini açıqca danışdı, İmam Hüseynin adı yazılan plakatın zibilliyə atılmasını mediaya çatdırdı və tək-tük qalan müstəqil medianın məsələni ictimailəşdirməsinə səbəb oldu. Yəni Hacı Tahir İmam Hüseynin şəni və şərəfi uğrunda mübarizə apardı və bu mübarizədən qalib ayrıldı.
Bu ilin sentyabrın 20-də Gəncədə keçirilən Aşura günü xural.com əməkdaşlarının da diqqət mərkəzində olub. Əməkdaşlarımız Gəncənin nəbzini tutublar həmin gün və Gəncədən böyük videosüjetlər hazırlayıblar. Xural.com olaraq bu gün Hacı Tahirin Aşura tədbirində, on minlərlə möminin qarşısında etdiyi duanı və təbbirdən fotoları indi təqdim edirik. Yaxın günlərdə Gəncədə keçirilən Aşura mərasimindən çəkdiyimiz böyük filmi də Oxucu və tamaşaçılarımıza təqdim edəcəyik.
Gəncədə keçirilən Aşura mərasimindən fotolar:
Xural.com