Gəncə dindarları Mehriban Əliyevanı təbrik etdilər

Gəncədə yerləşən “İmamzada” kompleksinin mütəvəllisi və axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bürosunun rəhbəri Hacı Tahir Abbaszadə bu gün doğum günü olan Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib. Xural.com-a daxil olan təbrik mətnində deyilir: “Hörmətli Mehriban xanım, Siz “İmamzada”nı ziyarət etdiniz, “İmamzada”ya qayğı göstərdiniz, orada müxtəlif abadlıq işləri gördürdünüz. Buna görə biz Sizə təşəkkürümüzü bildiririk. Biz Gəncə dindarları və gəncəlilər Sizi bir daha “İmamzada”da görməkdən məmnun olar, şərəf duyarıq və sevinərik. Biz Sizi doğum gününüz münasibətilə təbrik edirik. Siz Seyid qızısınız, peyğəmbər nəslinə mənsubsunuz, bizim əzizimizsiniz. Neçə belə ad günləriniz olsun və Azərbaycan üçün uğurlu işlər görəsiniz.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button