Gəncə Kəpəz Rayon Polis İdarəsinə yeni rəis təyin olundu

ramil-usubov

Gəncə Kəpəz Rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

Xural.com kəpəztv.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Azər Abbasəli oğlu Tağıyev Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Xatırladaq ki, Azər Tağıyev indiyədək Salyan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Kəpəz Rayon Polis Idarəsinin sabiq rəisi Ağahüseyn Məmmədov bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button