Gəncə sakinlərinin şikayətinə rəsmi cavab gəldi – FOTOLAR

“Yeni Müsavat”ın bundan əvvəlki sayında dərc edilən “Bizi şəraitsiz evlərdə yaşamağa məcbur edirlər” yazısında Gəncə sakinlərinin şikayəti qeyd olunmuşdu. Yazıda sakinlər, o cümlədən Mahir Cəfərov tərəfindən daxil olan şikayətdə bildirilirdi ki, şəhərdə yeni böyük park salınması ilə əlaqədar olaraq Gəncə çayı ətrafındakı evlər zor gücünə sökülür, amma köçürülən sakinlərə heç bir kompensasiya ödənilmir.

Məsələ ilə bağlı Gəncə İcra Hakimiyyəti tərəfindən “Yeni Müsavat”a yazılı cavab göndərilib. Qurumdan bildirilib ki, Gəncə çayının sol sahilində aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar həmin ərazidə yerləşən, böyük əksəriyyətinin heç bir şəraiti (sanitar qovşağı, hamamı) olmayan fərdi yaşayış evlərinin sakinləri razılıq əsasında Gəncə “Əlvan Metal” ASC-nin qərb tərəfində hər cür şəraiti olan və yeni inşa edilən evlərə köçürülüb: “Bu yaşayış evləri müasir standartlara uyğun kommunikasiya xətləri ilə təmin olunub”.

Qurumdan şəhər sakini Cəfərov Mahir Cavanşir oğlunun müraciətinə də mövqe bildirilib: “Həmin sakinin yaşadığı ünvan Həsən Əliyev küçəsi, 1-ci döngə, ev 9 onun oğlu Cəfərov Ramil Mahir oğlunun adınadır. M.Cəfərovla evinin başqa əraziyə köçürülməsi ilə bağlı heç bir danışıqlar aparılmayıb”.

Gəncə İcra Hakimiyyəti tərəfindən redaksiyamıza Gəncə çayının sol sahilindən köçürülən və yeni məskunlaşdıqları evlərin şəkilləri də təqdim olunub.

Köhnə evlər

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button