Gəncədə də Qarabağ mitinqi keçiriləcək-29 sentyabrda

29 sentyabrda keçiriləcək Qarabağ mitinqi ideyası bir çox xarici ölkələrdə olduğu kimi, Azərbaycanın rayon və şəhərlərində də ciddi müzakirə olunur. Bu şəhərlərdən biri də Gəncədir. Xural.com-a daxil olan məlumatlara görə, müxalifətin bəzi partiyaları Gəncədə bir araya gələrək, 29 sentyabrda Bakının “Məhsul” stadionunda keçiriləcək mitinqə dəstək verməyi qərarlaşdırıblar. Bu haqda xural.com-a Ümid Partiyasının Gəncə şəhər təşkilatının sədri Salman İmanlı məlumat verib: “Bu gün saat 12.00-da Müsavat Partiyasının, AXCP-nin, Ümid Partiyasının, digər partiyaların və şəhərdə olan keçmiş müharibə iştirakçılarının regional rəhbərlərinin iştirakı ilə toplanacaq və şəhər icra hakimiyyətinə müraciət üçün qərar verəcəyik. Düzdür, 29-da Bakıdakı mitinqə qatılanlar da çox olacaq, amma bizim burada mitinq keçirməyimiz fikri də müzakirələr nəticəsində qəbul olundu. Bu mitinq təkcə gəncəlilər üçün yox, həm də Gəncəətrafı rayonların əhalisi üçün təşkil olunacaq.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button