Gəncədə dövlətə qarşı təxribat

gence_tehsil_idaresi_241214_01

Şəhərin Təhsil İdarəsinin rəisi Zakir Hüseynovun da təxribatda rolu olduğu təsdiqləndi

“Heydər Əliyev Fondu”nun rəhbərliyini şantaj edənlər Ceyhun Mirzənin və Eldar Mahmudovun yaxını çıxdılar

15 fevral 2016-cı il saat 12.01 radələrində Facebook sosial şəbəkəsində “azeurotimes.wordpress.com” adı altında Heydər Əliyev Fondunun rəhbərliyinin fəaliyyətinə həsr olunmuş böhtan dolu material paylaşılmışdır. Bu materialı və ya şər və böhtanı yayanlar təxribat yaratmağa cəhd etsələr də, hüquq-mühafizə orqanları daha çevik hərəkətə keçərək onları saxlamışlar. Nəticədə şantaj və böhtan dolu materialları sosial şəbəkədə yayanların çirkin niyyətlərinin qarşısı alınmışdır.

Apardığımız araşdırmalar sosial şəbəkədə təxribatla məşğul olan qrupun rəhbəri Qafar Nəcəfov adlı şəxs olduğu və bu şəxsin hazırda böyük vəzifə tutan məmurlarla yaxın qohum olduğu üzə çıxıb. Araşdırmalar zamanı məlum oldu ki, Qafar Nəcəfov Gəncənin 26 saylı orta məktəbinin direktoru Valeh Rüstəmovun yaxın qohumu, daha doğrusu, kürəkənidir. Valeh Rüstəmiv Gəncə təhsilinə rəhbərlik edən şəxsin qaynı olmaqla yanaşı, həm də Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin Qərb bölgəsi üzrə nümayəndəliyinin rəhbəri Ceyhun Mirzənin yaxın dostudur. Qəribədir ki, təxribatçı Qafar Nəcəfovun qaynı Şöhrət Valeh oğlu Rüstəmov Dövlət Təhlükəsizlik Xidmətinin Sumqayıt şöbəsində vəzifə tutur. Və bu vəzifəni ona həmin şöbənin rəisi, Ceyhun Mirzənin qohumu verib.

Valeh Rüstəmovun qızı, təxribatçı Qafar Nəcəfovun həyat yoldaşı Elnarə hazırda Gəncə şəhər Təhsil idarəsində – mühasibatlıqda 9, 11 nömrəli məktəblərin mühasibi kimi çalışır. Valeh Rüstəmovun digər qızı Luiza guya Özbəkistanda hüquq fakültəsini bitirib. Lakin bu diplomun işə yaramadığını görüb Müəllimlər İnstitutunun Gəncə filialında saxta diplom alıb. Daha maraqlı fakt Ceyhun Mirzənin ən yaxın qohumlarının heç bir təhsili olmaqıdları halda adları şəhərin təhsil ocaqlarında vəzifələrdə qeyd olunmasıdır. Hətta həmin şəxsləri “ölü canlar” kimi sənədləşdirən məktəb direktorları maaş kartlarını mahmudovçu Ceyhun Mirzəyə hədiyyə ediblər.

Gəncədə yaşanan bu gerçəklikləri hazırda ciddi araşdırırıq. Qeyd edək ki, dövlət əleyhinə təxribat törədən şəxslərin Eldar Mahmudovun yaxınları və Ceyhun Mirzə tərəfindən himayə olunması təsdiqini tapıb.

İkram Rafiqoğlu

İ.S. Yazıda adı keçənlərin də münasibətlərini dərc etməyə hazırıq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button