Gəncədə şəhid polis polkovniklərin 40 mərasimi keçirilir – Eksklüziv fotolar

Şəhid polis polkovniklərin 40 mərasimi keçirilib.

Xural.com xəbər verir ki, bu gün avqustun 19-da Gəncə şəhərində iyulun 10-da öldürülən şəhid polkovniklərin yas mərasimi keçirilib. Mərasimdə şəhər ictimaiyyəti ilə birlikdə ölkə ictimaiyyəti də iştirak edir.

Yas mərasimləri hər polis zabitinin öz evində təşkil olunub və xural.com-un əldə etdiyi məlumata görə, şəhid ailələri yasda iştirak etmək üçün hamını dəvət ediblər.

Xatırladaq ki, iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsindən sonra şəhərdə vəziyyət gərginləşmiş, iyulun 10-da təxribatçı qrupların müşayiəti ilə qarşıdurma yaranmış və polis polkovniki İlqar Balakişiyevlə polis polkovnik-leytenantı Səməd Abbasov kriminal ünsürlər tərəfindən qətlə yetirilmişdi. Polislər ölümündən sonra prezident İlham Əliyevin qərarı ilə təltif edilmiş, polis zabitlərinin yasında hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişdilər.

Allah rəhmət eləsin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button