Gəncədə yaşayış binasında güclü partlayış oldu

gəncə-evBu gün günorta saatlarında Gəncə şəhərində güclü partlayış və yanğın olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində şəhərin “Yeni Gəncə” qəsəbəsindəki 8 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Binanın 7-ci mərtəbəsində, Xalid Həsənova məxsus evdə güclü partlayış olub. Partlayışdan sonra yanğın başlayıb.
Hadisə zamanı otaqda təmir işləri aparan usta ağır yaralanıb. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub. Yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button