Gənclərə müstəqillik və sərbəstlik verilməlidir!

Fərid Şahbazlı: «11 mart hadisələrində hakimiyyətin mandat, maşın, ev, vəzifə verdiyi gənclərin hamısı qaçıb gizləndi…»

700 balla prezident təqaüdü alan elə tələbələrimiz var ki, ölkənin problemlərindən tam xəbərsizdir

AXCPnin üzvü olan jurnalistlər var ki, onlar AXCP sədrinə parlamentdə «üzdəniraq» deyən bir icra başçısı ilə axşamlar görüşür, yeyibiçir, hətta ondan pul alıb ciblərinə qoyurlar

Fərid Şahbazlı gənc sayt sahiblərindən biridir. «Qaynar.info» onun baş redaktorluğunda işıq üzü görür. «Qafqazinfo»nun sahibi Elbrus Əruddan sonra redaksiyamıza telefon edən Oxucular belə gənc qələm sahiblərinin fəaliyyətlərinin işıqlandırılmasını bizdən xahiş etmişdilər. Biz də bu xahişə əməl edərək Fərid Şahbazlını redaksiyamıza dəvət etdik.

Gənc və vətənpərvər Fərid Şahbazlı Azərbaycan mediasının ən gənc nəslinə sahib gənclərdən biridir. Onunla bir çox məsələlərdən danışdıq. Əlahəzrət Oxucu oxuyub qiymətini verəcək.

Beləliklə, Azərbaycan mətbuatının ən gənc və perspektivli qələm sahiblərindən və sayt rəhbərlərindən biri qonağımızdırFərid Şahbazlı

Əvvəli ötən saylarımızda

Kim idi Nüşabə Ələsgərlinin müdaifəsinə qalxan?

– O, DİN-də aşağı vəzifə daşıyan əməkdaşlardan biri idi. Amma o, kifayət qədər qanunsuz hərəkətə yol verdi, baxmayaraq ki, həmin vaxt orada mətbuat nümayəndələrinin iştirak etdiyini bilirdi, ancaq onlara məhəl qoymadı, Nüşabə Ələsgərlini buraxdı. Bir şey təəssüf doğrurur ki, bu gün Azərbaycanda şou sahəsində pul qazanan adamlar, qanun keşikçiləri, ictimaiyyət qarşısında layiq olmadıqları iddianı ortaya qoyurlar. Təəssüf ki, kifayət qədər ciddi nüfuza malik adamlar var ki, çox vaxt belələrini müdafiə edirlər. Onların bir-biriləri ilə nə kimi əlaqələri olduğunu bilmirəm, ancaq onu bilirəm ki, şou-biznesdə olan bu adamlar ictimaiyyətdə birmənalı qarşılanmırlar. Vəzifəli şəxslərlə ölkə ictimaiyyəti arasında bir təbəqələşmə yaradır. Təsəvvür edin ki, ziyalı bir adam deyir ki, nə üçün mənim işim düşəndə mənə hansısa müğənniyə olunan hörmət qədər hörmət olunmur? Mən də hər zaman onun tərəfində olmuşam ki, əgər dövlət tərəfindən kiməsə xüsusi imtiyaz varsa, birinci, ona layiq olan adamlara verilməlidir. Yox, əgər imtiyaz yoxdursa, o zaman heç kim xüsusi hörmətlə seçilməməlidir. Bir daha təhsilimizlə bağlı bir məsələyə keçmək istərdim. Məsələn, mən elə hesab edirəm ki, attestat almaqla bağlı keçirilən test imtahanları ləğv olunmalıdır. Bu, həm dövlət büdcəsindən əlavə pulların izafi olaraq xərclənməsinə gətirib çıxarır, həm də şagirdlərin özünəinamını azaldır. Bu, şagirdlərə əlavə psixoloji zərbədən başqa bir şey deyil. Ortada doğru olan bir məntiq var. Əgər şagird 11-ci sinfə qədər gəlib çıxıbsa, demək, məktəb hər il bu şagirdi sinifdən-sinfə keçirməklə onun təhsilində qane olduğunu sübut edib. Şagird 11-ci sinfi bitirir və attestat almaq üçün test imtahanı verir. Əgər o, bu imtahandan lazım olan balı toplamırsa, demək, burada əsas günahkar məktəb və müəllimlər, nəhayətində onlara rəhbərlik edən təhsil naziridir. Bir şagirdin 11 il müxtəlif fənnlərdən təhsil alması üçün dövlət külli miqdarda vəsait xərcləyir. O zaman şagirdləri bu qədər ağır psixoloji duruma salmaq nəyə xidmət edir? Bu il 6 min şagird attestat imtahanlarından kəsildi. Bunun özü göstərici deyilmi? Ya həmin uşaqları 9-cu sinifdən çıxarıb hansısa peşə məktəbinə istiqamətləndirmək olardı, ya da əgər heç bir şərtə cavab vermirdisə, vaxtında məktəbdən xaric olunmalı idi. Bunların heç biri edilməyib. Artıq belə məqamda məsuliyyəti şagird və onun valideynləri deyil, təhsil nazirinin özü daşıyır. Onu da nəzərə alsaq ki, attestat imtahanı verən şagirdlərin 80 faizi repititor yanına gedir və heç də təhsil nazirliyinin göstərdiyi xidmətlərdən lazımınca yararlanmır, o zaman nazirliyin nə dərəcədə yarıtmaz bir işlə məşğul olduğunu daha yaxşı görərik. Təhsil naziri əgər öz səlahiyyətlərini yerinə yetirə bilmirsə, deməli, vəzifədən getməlidir.

Yəni hesab edirsən ki, bu gün təhsil naziri vəzifəsindən istefa versə, sabah təhsilimizdəki bütün problemlər öz müsbət həllini tapacaq?

– Bəli, hesab edirəm ki, bu gün təhsil nazirinin universitet rektorlarının, hətta elə məktəb direktorları var ki, onların yanında sözü keçərli deyilsə, o zaman hansı strukturdan və idarəetmədən söhbət gedə bilər? Bu gün Azərbaycanda prezident tərəfindən 2010-2015-ci illər üçün Gənclər proqramı təsdiqlənib. Bu da dövlətin gənclərə olan münasibətinin göstəricisidir. Amma bəzi nazirlər, rektorlar hesab edirlər ki, hər hansı gənc təşkilatların onların rəhbərlik etdikləri qurumlarda tədbirlər keçirməsi mümkünsüzdür, çünki onların həmin gənc təşkilatın rəhbəri ilə şəxsi tanışlıqları yoxdur. Halbuki biz də dövlət proqramının həyata keçirilməsi üçün əlimizdən gələn köməkliyi göstərməyə çalışırıq. Çalışırıq ki, bu işdə az da olsa, bizim də payımız olsun. Bu gün gəncliyimizin dövlət problemlərindən uzaq olması, çıxış yolları axtarmaqda maraqlı olmaması və digər laqeyd yanaşmalarının hamısı da məhz məktəblərdən qaynaqlanır. Onlar elə şəraitdə təhsil alıb böyüyürlər ki, şəxsi mənafelərindən başqa ümummilli məsələlər yadlarına belə düşmür. Təsəvvür edin, bu gün 700 balla prezident təqaüdü alan elə tələbələrimiz var ki, ölkənin problemlərindən tam xəbərsizdir. Biabırçılıqdır və bu cür gəncliklə heç bir iş görmək olmaz, onlar tam faydasızdırlar. Bizim təşkilatımızın da məqsədi odur ki, dövlət proqramına qoşulaq və öz töhfəmizi verək. Amma bir sıra təhsil ocaqları var ki, bizə imkan vermirlər. Düzdür, Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, «Odlar Yurdu» Universitetinin rektoru Əhməd Vəliyev gənclərin fəaliyyəti üçün tam açıqdırlar, amma elə yaşlı rektorlar var ki, onların rəhbərlik etdikləri təhsil sahələrində hər hansı tədbir keçirmək qeyri-mümkündür. Nəzərə alsaq ki, hələ iqtidaryönlü gənclərə münasibət bu cürdür, görün, indi müxalifətçilərə, müstəqillərə münasibət necə qurulub. Bütün bunları İlham Əliyevin adına bağlamaq düzgün olmazdı. Elə tədbirlərimiz olur ki, tənqidi fikirlərimizi də sərbəst şəkildə bildiririk. Universitetlərdə gənclər təşkilatları universitet rəhbərliyinin tam nəzarəti altındadır, istər fəaliyyət, istərsə maddi baxımdan. Çox yaxşı olardı ki, bu sahədə gənclərə müstəqillik və sərbəstlik verilsin. Tələbə Həmkarlar Təşkilatları, Tələbə Gənclər Təşkilatları mütləq şəkildə sərbəst olmalıdır. Gənclərin əl-qollarını hansısa qadağalarla bağlamaq olmaz…

– «Qaynarinfo» ilə bağlı nə planlarınız var?

– Sentyabr ayında saytın dizaynında dəyişiklik edəcəyik. Yeni əməkdaşlar dəvət etmək fikrimiz də var. Bununla yanaşı, gənclərlə bağlı yeni dərgi nəşr etdirmək niyyətindəyik və onun regionlarda, bölgələrdə yayımlanmasını yaxşı təmin etdiyimiz halda böyük bir axın yaratmaq olar. Gənclərin mədəni tədbirlər həyata keçirməsi və müzakirələr aparması üçün də bir məkanın yaranmasına cəhd göstərəcəyik. Gənclərin siyasi aktivliyini artırmaq üçün bir tədris məkanı olmalıdır. «Qaynarinfo»nun əsas fəaliyyət sahələrindən biri də odur ki, Azərbaycanla bağlı beynəlxalq aləmdə baş verən siyasi hadisələrə öz mövqeyimizi nümayiş etdirək. Bir mətbu orqanın rəhbəri olmazdan əvvəl bir vətəndaş olmalıyıq. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, 11 martla bağlı hadisələr oldu. Gənclər etiraz aksiyası keçirməyi planlaşdırdılar. O zaman bu hadisələrlə bağlı bir yazı yazdım və orada məni çox ağrıdan bir məqama toxundum. Məni ağrıdan o oldu ki, hakimiyyətin mandat verdiyi, maşın, ev, vəzifə verdiyi gənclərin hamısı qaçıb gizləndi. Ortada 1-2 nəfərdən başqa heç kim qalmadı və onların da gətirdikləri arqumentlər lazımi effekti vermədi. Bəzən müxalifətlə bağlı kəskin mövqe qoyanda mənə etiraz edirlər ki, sən bu hakimiyyəti aşırı müdafiə edirsən, hətta məni yaltaqlanmaqda ittiham edənlər də olur. Ancaq söhbət tək yaltaqlanmaqdan getmir, söhbət ortaya konkret mövzu qoyub, onu müdafiə etməkdən gedir. Mən inanmadığım bir məsələdə necə dirəniş göstərə bilərəm? İnanıram ki bütün bu işləri də görürəm də… Ancaq görünür hakimiyyəti müdafiə etməkdə nümayəndə seçilən gənclər hakimiyyətə inanmadıqları üçün onu müdafiə edə bilmirlər.

Kimləri nəzərdə tutursunuz?

– Cəmiyyətimiz onları yaxşı tanıyır, ad çəkmək istəmirəm – hakimiyyətin seçdiyi əksər gənclər. Azərbaycan ictimaiyyəti tərəfindən tanınmayan, adlarını belə eşitmədiyimiz gənclər bir də görürsən ki, ölkənin siyasi stabilliyinə zərər gətirəcək işlərlə məşğul olurlar. Təbii ki, bunların məqsədi ölkənin tərəqqisinə nail olmaq deyil, xaricin sifarişlərini yerinə yetirməkdir və cəmiyyət bunu görür. Siyasi etikadan əvvəl hər bir insanda «kişilik gərəyi» olmalıdır. Elə gənclər var, özlərini bitərəf kimi göstərirlər ki, bəlkə vəziyyət dəyişər, vəziyyətlə bərabər hakimiyyət də dəyişər, o zaman hakimiyyətə  kim gəlsə onun tərəfindən çıxış etsinlər. Tam biabırçılıqdır. Bir şeyi bilirəm ki, o gənclər həm müxalifət, həm də iqtidar üçün çox təhlükəlidir. Belə problemlər mxalifət düşərgəsində də mövcuddur. Məsələn, mənim şəxsən, çox yaxından tanıdığım bir ənfər var ki, səhərlər radikal müxalifətçidir, axşam isə tam olaraq hakimiyyəti müdafiə edir.

Sizin anonim danışmağınızın nəticəsidir ki, bütün problemlər həll olunmamış qalır

– (Gülür)… Mən konkret ad çəkməyəcəm, amma ipucu verəcəm. Konkret AXCP-nin üzvü olan jurnalistlər var ki, onlar AXCP sədrinə parlamentdə «üzdəniraq» deyən bir icra başçısı ilə axşamlar görüşür, yeyib-içir, hətta ondan pul alıb ciblərinə qoyurlar. Əgər bu hakimiyyət müxalifətin dediyi kimi pisdirsə, xərclədiyi pullarda çirkli pullardırsa, o zaman niyə icra başçısından çox rahatlıqla pul alırlar? Onlar səhər tənqid etdikləri adamlara axşam deyirlər ki, çarəm yoxdur, ona görə belə deyirəm.

Sən şəxsən bunun şahidi olmusan?

– Bəli, mən şəxsən bunun şahidi olmuşam. Qardaşı hansısa məmuru tənqid edir, sonra da parlamentdə özü o deputatla qol-qola gəzir. Biz belə adamlara nə cür inana bilərik? Bu cürləri bir qədər fərqli formada iqtidarda da var. Onlar sadəcə başa düşürlər ki, bunu açıq şəkildə edə bilməzlər. Digər tərəfdən, əgər hakimiyyət bu gənclərdən hər hansınasa etimad göstərərək deputat qoyubsa, həmin gənc mütləq şəkildə hakimiyyətin mövqeyini ortaya qoymalıdır…

Kim?

– Ad çəkmək istəmirəm. Mən bunu onların özlərinə də demişəm. Bu gənclərin etdikləri hərəkət hakimiyyətə qarşı etimadsızlıq yaradır ki, nə oldu bizim adamlarmız, niyə lazım olanda ortaya çıxmırlar? Məni tanıyan adamlar çox gözəl bilirlər ki, hakimiyyəti dəstəkləməyim tam səmimidir və buna görə heç bir vaxt hakimiyyətdən nəsə almamışam. Vəziyyətimi bilənlər yaxşı bilirlər ki, sıradan biri kimi həyat tərzi sürürəm.

Topdan yox, demək, pərakəndə dəstək alırsan?

– Yox, söhbət müdafiəyə görə verilən dəstəkdən gedirsə, mən hər zaman olduğum yerdən – bu gün də əlimizdəki saytla hakimiyyətə dəstək vermişəm, rəhbərlik etdiyim gənclər təşkilatı adından da bunu edirəm. Özü də tam səmimi şəkildə. Söhbət ondan gedir ki, istər Mətbuat Şurası, istərsə də KİVDF tədbirlərinə elə adamları çağırırlar ki, buna onların haqqı çatmır. Biz hər zaman hakimiyyəti müdafiə edirik və edəcəyik. Burada söhbət mənəvi tərəfdən gedir. Həmin tədbirlərdə iştirak edib-etməməyimiz xüsusi əhəmiyyət kəsb etmir, sadəcə bu qurumlar da hakimiyyətə kimlərin dəstək verdiyini yaxşı bilməlidirlər. Biz məcbur oluruq ki, daha ali instansiyalara şikayətimizi bildirək. Demək istəyirəm ki, hakimiyyəti uzun illər müdafiə edən adamlar var ki, bu cür laqeydliyin və etinasızlığın qurbanı olduqları üçün narazı düşüblər. Məsələn, Elşad Musayev 17 saylı Seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Bu adam Azərbaycanın kifayət qədər radikal, sərt müxalifətçilərini susdura biləcək qədər böyük istedad və fikrə sahibdir. Nə oldu? Nə iqtidar ona sahib çxdı, nə də müxalifət. Azərbaycan bu gün elə prinsiplər üzərində yaşayır ki, sədaqət o prinsiplərə aid deyil. Bu gün həqiqi sədaqətli olan insanlar aktiv fəaliyyətdən kənarda qalır, üzdə bir, arxada başqa cür olan adamlar isə əksinə, hakimiyyət tərəfindən dəstək alırlar. İqtidar belə adamlarla çox da uzağa gedə bilməz. Çalışmaq lazımdır ki, belələri hakimiyyət tərəfindən əslində pis günlərin dostu olan sədaqətli insanlarla əvəz edilsin. Yəqin ki, belə də olacaq, çünki zaman göstərəcək ki, belə adamlardan heç bir halda yol yoldaşı olmaz.

Ayda «Qaynarinfo»a nə qədər pul xərclənir?

– Minimum 2 min manat.

Qonorar da verirsiniz?

– Bəli. Təşkilatımızın 200 nəfər üzvü var. Tək onlar deyil, bizə dəstək verən adamlar da var ki, agentliyin gələcəyinə xoş ümidlərlə baxırlar və onlar ümumiyyətlə, bizim saytda görünmürlər.

 

Son

Hazırladı:

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. AMERIKA,AZERBAYCAN VE ISRAILIN GUDS GUNU PLANI.COX CIRKIN OYUNLAR BASLAYACAQ(YENİ HEBSLER VE COX MARAGLİ HADİSELER)

    Bu gün çox maraqlı iftar süfrəsində oldum.Düzdür mədə xəsətəliynə görə oruc tuta bilmirəm.Amma sabiq musavatçı dostum sən demə iftar adı ilə məni görmək istəmiş və bəzi məsələlərdə etirazını bildirsədə çox maraqlı açıqlamalar verdi.Hacı İlqar da həmin musavatçını çox yaxşı tanıyır.Vaxtı ilə Musavatda olanda Hacı İlqarada çox yaxın olmuşdur.
    Musavatçı dostum mənə dedi ki, gündəlik yazılarını facebookda oxuyuram.Azərbaycanda olduğum üçün səninlə görüşmək istədim.Amma bəzi məsələlər var ki,bilirəm yazmaqda tərəddüd edəcəksən.Hakimiyyət bu açıqlamalardan rahatsız olacaq və hakmiyyətin qəzəbinə tuş qələrsən.Mən etiraz etdim ki,mənim heş bir qorxum yoxdur və mən müstəqil adamam.Özün bilirsən ki,diplomat işlədiyimdə ,xairci işlər nazirinin üzünə həqiqət bildiyimi dediyim üçün diplomatik karyerama son verilmişdir.

    Musavatçı dostum belə dedi.Sən yazmısan ki,Ocaq Nicat ölkədə iğtişaş törədmək üçün dindarlardan istifadə edir və mitnqdə qan tökülməsinə çalışacaq.Ola bilər.Amma sən məsələnin digər tərəfinə niyə nəzər salmırsan.Bəlkə dindarlardan istifadə edib,ölkədə qan tökməyə elə məhz Amerika ,İsrail və Azərbaycan hakimiyyəti istəyir.Dedim necə.
    Musavatçı dostum , hamı bilir ki, Azərbaycanda yüksələn dindarların hakimiyyətə , amerikaya və israilə qarşı baş qaldıran müqavimət hərəkatının yaranmaısndan Azərbaycan,Amerika və İsrail narahat olmuşdur və bu müqavimət hərəkatını beşikdə boğmaq üçün elə qan tökməyə qeyd etdiklərim çalışacaq.
    Onuda bil ki,Azərbaycan hakimiytəti terrorla mübarizəyə görə Amerika kongresinin qərarı ilə ildə 269 milyon dollar yardım alır.Bu yardımların haraca xərcləndiyni Kongres illik raportda tələb edir.Cəfəri Heyətini bəlkə içəridən yönləndirən qüvvələr var.Bəlkə mitinqə elə məhz Amerika,İsrail və Azərbcan güc strukturları iğtişaş törədər ki, bir dəfəlik Cəfəri Heyətinin kökünü kəssin.
    Sabah elə güds günüdür.Bu gün facebook araşdırma pardığımda dəhşətə gəldim.Bir qrup insanlar var ki,dindarları Güds günü münasibəti ilə İsrail və Azərbaycan Təhsil Nazirrlyinin önündə miting keçirməyə dəvət edir.Bəzi dindarlarda bunun Cəfəri Heyəti , Məşədi Dadaş və İranın Bakıdakı Mədəniyyət Mərkəzinin tabeçiliyndə olan Hüseyniyyənin dindarları və liderləri tərəfidnən dəvət edildiyinə inandırılır.Amma burda məqsəd və hədəf başqadır.Mənim bacımın oğluda Məşədi Dasdaş məscidnə namaza gedir və belə gəncləri qızışdırmaq çox rahatdır.
    Musavatçı dostuma dedim ki,xülasə sənin sözündən elə çıxır ki,facebookda qüds günü mitində dəvət edənlər özləri hakimiyytətlə və Amerika ilə bağlı şəxslərdir.
    Dostum dedi , mən elə düşünürəm.Çünki hal hazırda Amerika ,İsrail və Azərbaycan hakimiyyətində bəzi şəxsiyyətlər və qurumlar Məşədi Dadaş məscidnin yuxarıda qeyd edilən iğtişaşla bağlmaga və Həci Şahini isə terrorist göstərib həbs etmək istəyirlər.QMİ- idarəsidə ona qarşı olan və tabeçiliyində olmayan yegane müxalif məsciddən can qurtmarmaq istəyir.
    Mən düşünürəm ki, sabah böyük fitnə olacaq.Amerika və İsrail buna çox yaxşı hazırlaşıb.Onlara həmçinin İrana qarşı embargonu gemişlətmək və İrana qarşı təzyigi artirmaq üçün beynəlxalq qınağa səbəb olacaq fəaliyətlər və iğtişaşlar lazımdır.Çünki bu təzyiqlərlə İranı yerinə oturtmaq istəyirlər ki,Suriya hadisələrinə müdaxiləsi zəifləsin.
    Belə bir iğtişaşa çox ehtiyac var.Amerika bu səbəblə həmçinin Azərbaycan hakimiyyətindən tələb edə bilər ki,İran Mədəniyyət Mərkəzinin nəzdində fəaliyət göstərən Hüseyniyyəni bağlasın.Düzdür Azərbaycan hakimiyyəti buna risk etmək istəməz.Amma Amerikanın qarantisini aldıqdan sonra risk edər.Əvəzində İranda öz ölkəzidə fəaliyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzini bağlaya bilər.Buda Azərbaycan üçün o qədər önəmli deyil.
    Hamı bilir ki,Səfirliklərə bağlı olan Mədəniyyət Mərkəzləri həmin ölkələrin kəşfiyyat orqanlarının, kəşfiyyat məlumatları toplaması üçün istifadə etdiyi yerdir.Amerika , Azərbaycan hakimiyyətindən tələb edir ki,İranın Mədəniyyət Mərkəzini bağlasın.Çünki Amerika yaxşı bilir ki,İran Mədəniyyət Mərkəzi , Azərbaycanda Amerika əleyhinə əks kəşfiyyat aparır.
    Xülasə sabahkı qüds günü oyununa dindarlar aldansa böyük hadisə baş verəcək.Hacı Şahinin həbs edilməsi,Ocaq Nicatın ölkədən qovulması,Məşədi Dadaş məscidnin bağlanması, Fatima Zəhra məscdinin bir daha açılmaması,Abgül və Raminə əlavə terror maddəsinin yüklənməsi,İslam Partiyasını bu işə əlavə edilməsi,Hicab prrobleminin bir dəfəli üstünə xət çəkilməsi ki,hicabı müdafiə edənləri terrorist kimi qələmə verərək gözdən salınması və olada bilsin ki,Hacı İlqar İbrahimoğlunun belə neytrallşadırlması ola bilər.Çünki artıq hakimiyyətdə onu sevməyən güvvələr çoxalmışdır.
    Hacı İlqarın Avropa ğlkələri ilə yaxşı əlaqəsi olsada, maraqlar qarşılıqlıdır.Qüds günüdən hər ölkə öz marağı üçün istifadə edə bilər və Azərbaycan hakimiyyətidə Hacı İlqarı qurban vermələrini tələb edə bilər.
    Bu açıqlamaları yaysan hakimiyyətin qəzəbinə gəlcəksən.Amma ehtiyyatlı ol.Çünki hakimiyyətə terrora qarşı mübarizə üçün raport lazəmdır və bu raport hər ilin Oktyabr ayında Kongresə təqdim edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button