Gənclər üçün Prezident Mükafatı təsis edildi

images02.07.2013

Prezident İlham Əliyev iyulun 2-də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində yeni fərman imzalayıb.

Fərmana əsasən, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10 min manat məbləğində Prezident Mükafatı təsis edilir.

Mükafatın əsasnaməsi təsdiqlənib və Nazirlər Kabinetinə Prezident Mükafatının diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin təsvirini 3 ay müddətində təsdiq etmək tapşırılıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button