GƏNCLƏRDƏN “XURAL”A DƏSTƏK

AKSİYADAN FOTOSESSİYA

04.12.2011

Bia.az

Bu gün gənclər şəhərin bir neçə yerində möhtəşəm aksiyalar keçirib

Gənc Demokratlar Təşkilatı “Xural”a dəstək aksiyası keçirib

Dekabrın 4-də Gənc Demokratlar Təşkilatının bir qrup üzvü Bakının müxtəlif yerlərində “Xural” qəzetinə dəstək aksiyası keçirib. Gənclər M.F.Axundzadə adına parkda, Malakan bağında, M.Ə.Sabir adına parkda, Fəvvarələr meydanında istirahət edən vətəndaşlara həmçinin metronun İçərişəhər, Sahil, 28 may, Elmlər Akademiyası və 20 yanvar stansiyalarından hərəkət edən qatarlardakı sərnişinlərə “Xural” qəzeti paylanılıb. Vətandaşlar isə gənclərin verdiyi qəzetləri qəbul edib, oxuyaraq öz dəstəklərin bildiriblər. Gənclər aksiya ilə bağlı fikir bildirərkən söylədilər ki, “Biz bu aksiyanı qanunsuz olaraq nəşri qadağan edilmiş “Xural” qəzetinə dəstək olmaq məqsədi ilə keçirmişik. Həmçin bu aksiya ilə də Azərbaycanda demokratiyanın və söz azadlığının boğulmasına öz etirazımızı bildirmiş oluruq.

Qeyd edək ki, “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı oktyabrın 28-də deputat Gülər Əhmədovanın şikayətinə əsasən həbs olunub və onun barəsində 3 ay müvəqqəti həbs qəti-imkan tədbiri seçilib. Həmçin Prezident Administrasiyasının göstərişi ilə mətbəələrdə də “Xural”ın çap edilməsi qadağan edilib.

Qeyd edək ki, aksiyanın vaxtı və məkanı gizli saxlandığından polis müdaxilə edə bilməyib.

Aksiyadan olan fotosesiyanı oxucularımıza təqdim edirik:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button