General haqda hökm qüvvəyə mindi – 10 il 6 ay həbs, rütbə və əmlaklar da alındı…

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinə uzun illər rəhbərlik etmiş general Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Sabiq MTN-çilərin apellyasiya şikayəti təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin onlar haqqında hökmü qüvvədə saxlanılıb.

Həmin hökmə əsasən, E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Onların müvafiq olaraq, general və polkovnik rütbələrinin alınması üçün müvafiq orqanlara təqdimat göndərilməsi də hökmdə öz əksini tapıb. Bundan başqa, E.Quliyevin xeyli əmlakı müsadirə olunub.

Əməliyyatlar, agentura vəs . üçün büdcədən ayrılmış vəsaitlərin mənimsənilməsi ittihamı ilə əlaqədar MTN-in bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin qaldırdığı 7 milyonluq mülki iddia da təmin olunub.
E.Quliyev və A.Mehdiyev Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq) ,182 (hədə-qorxu ilə tələb etmə), 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, 311-ci (rüşvət alma) maddələri ilə təqsirli biliniblər.
Lakin onlar özlərini təqsirli bilmirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button