General Hikmət Həsənova yeni vəzifə verilib

Silahlı Qüvvələrin 1-ci Ordu Korpusunun Komandiri, General Hikmət Həsənov, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə, tutduğu vəzifəsindən azad olunub. Bundan sonra general, Ali Hərbi Məktəbinin rəhbəri general-leytenant Heydər Piriyevin müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir. Hazırda general-leytenant Heydər Kamal oğlu Piriyev, həmin vəzifədə xidmət edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button