General Şəkidə vətəndaşları qəbul edəcək

aydin-eliyev

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 29-da saat 11:00-da Şəki şəhərində Yevlax Gömrük İdarəsinin Şəki gömrük postunun inzibati binasında (Heydər Əliyev prospekti 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsində mətbuat xidmətindən bildirilib ki, qəbul zamanı bölgədə yerləşən Mingəçevir şəhərinin, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar aprelin 28-i saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button