General

Heydər Oğuz

İran Türkün olub, Türkün olacaq!

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Seyid Həsən Firuzabadiyə ithafən…

 

Mənə Aranlısan deyən general,

Doğdu cavab haqqım, cavabını al,

Gün gələr, çin çıxar qurduğun xəyal,

Sənə ağır olar, qorxuram ancaq

İran Türkün olub, Türkün olacaq!

 

***

 

Sən dünən çıxıbsan köhnə əbamdan,

Mənə xox gəlirsən doğma obamdan?

İran miras qalıb ulu babamdan,

Xətai sancıbdır o yurda sancaq

İran Türkün olub, Türkün olacaq!

 

***

 

Bir vaxt söz deməzdin sözüm üstünə,

Yoxsa kor olardın özün tüstünə,

Mən sənin dilini gözüm üstünə,

Qaldırıb açmışdım qardaşa qucaq

Sən mənim dilimi xor gördün ancaq!

İran Türkün olub, Türkün olacaq!

 

***

 

Sən zülmə qərq etdin İran elini,

Cəhlin dili etdin doğma dilini,

İndi uzadırsan mənə əlini?

O əl öz saçını dönüb yolacaq

İran Türkün olub, Türkün olacaq!

 

***

 

Yorulub dövr etdim sənə növbəni,

Sən isə geyinib qara cübbəni,

Yağıya buraxdın Məkkə, Kəbəni,

Mənimmi yurdumda olubsan qoçaq?

İran Türkün olub, Türkün olacaq!

 

***

 

Yoxsa yorğun Türkü sanaraq ölü,

Düz yerə qoymursan nöqtə, vergülü,

Qalxıb ələyəndə başına külü,

Sənə dar gələcək girdiyin bucaq

İran Türkün olub, Türkün olacaq!

 

***

 

Yəqin utudubsan Alp Ər Tonqanı,

Məhəmməd Qacarı, Səlcuq Sultanı,

O Uzun Həsəni, o Qazan xanı,

Darıxma, yadına biri salacaq

İran Türkün olub, Türkün olacaq!

 

***

 

Bəli,  Böyük İran Arandan keçir,

İrəvandan keçir, Muğandan keçir,

Turanın yolu da İrandan keçir,

İransız qurulmaz bu ŞANLI OCAQ!

İran Türkün olub, Türkün olacaq!

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button