Georgi Tsereteli: “ATƏT PA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək”

ATƏT Parlament Assambleyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

 

Bunu APA-ya açıqlamasında ATƏT PA prezidenti Georgi Tsereteli deyib.

 

O bildirib ki, bu məqsədlə portuqaliyalı deputat Nilza Sena xüsusi koordinator təyin olunub: “Bu, qısamüddətli missiyadır. Onlar səsvermə günündən 3-4 gün qabaq gələcəklər. Sayını dəqiq bilmirəm, 15-16 nəfər olmalıdır”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button