Geyinin-keçinin, gəlin – Erməni müxalifəti barrikadalar qurub

“Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan camaatı parlament binasının yanına səsləyib və Paşinyanı “başdanxarab” adlandıraraq ordu ilə əlbir olduqlarını deyib

Xural.com xəbər verir ki, “Vətənin xilası uğrunda hərəkatın” koordinatoru, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan canlı yayımda müxalifətin planlarını açıqlayıb. O bildirib ki, müxalifətçilər Baqramyan prospektində, Ermənistan parlamentinin binası yanında gecələməyi düşünürlər.

“Hər kəsi buraya çağırıram. Birlikdə uğur qazanacağıq. Geyinin-keçinin, gəlin”, – Saqatelyan deyib.

Cümə axşamı, fevralın 25-də Yerevandakı Azadlıq meydanında birləşmiş müxalifətin mitinqi keçirilib. “Vətənin xilası uğrunda hərəkat” etirazların ikinci mərhələsi və müddətsiz aksiyaların keçirildiyini elan edib. Baş nazir Nikol Paşinyanın əleyhdarları Baqramyan prospekti boyunca yürüş edərək parlamentə girişləri bağlayıblar. Mərkəzi prospekt etirazçıların əlindədir.

Müxalifətin aksiyası ilə yanaşı, Paşinyanın tərəfdarları da mitinq keçiriblər. Onlar əvvəlcə Respublika meydanına yığışıb, sonra isə şəhərin cənubuna (faşist Njde Qareginin adı verilən meydana) yürüş ediblər.

Ermənistanda vəziyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. “Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır”, – deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

Sputnik.az

This post was last modified on 26 Fevral 2021 1:04 səhər

Şərh yazın
Share

Son Əlavələr

  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Ramiz Mehdiyev Əli Həsənova vəzifə verir?!”-VİDEO, 11.06.2021

Xural.com Xural TV-də Selcan Zeynallının aparıcılığı ilə yayınlanan "Xural Xəbər" proqramının 56-cı bölümünü təqdim edir...…

12 İyun 2021
  • MANŞET

A.Eynşteynlə Ben Qurionun möhtəşəm dialoqu – yeni kitab

Tanınmıış iqtisadçı Məmməd Talıblının  “ELM-KİTAB-MÜƏLLİM ÜÇBUCAĞI” adlı yeni kitabı nəşr olunub. Kitab əsasən elmin gücü, kitabın önəmi…

12 İyun 2021
  • MANŞET
  • XuralTAC

Əliyev və Ərdoğan Şuşada böyük saziş imzalayacaqlar

“Azərbaycana getdiyimizdə öncə Füzuliyə səfər edəcəyik, oradan da İlham Əliyev qardaşımızla Şuşaya gedəcəyik”. Virtualaz.org bildirir ki,…

11 İyun 2021
  • MANŞET
  • XuralTAC

“Sinovac” peyvəndi vurduranlar Avropaya necə gedəcək?

Xəbər verdiyimiz kimi, Avropa Komissiyası martın 17-də Avropa İttifaqı ölkələrində rəqəmsal koronavirus sertifikatlarının tətbiqinə dair…

11 İyun 2021
  • MANŞET
  • XuralTAC

“Azərsu” Şahbaz Xuduoğlunun qaldırdığı məsələyə reaksiya verib

“Azərsu” ASC Bakının Yasamal rayonunda, "Azərbaycan" nəşriyyatının yerləşdiyi binanın həyətində içməli su kranının zədələnməsi ilə…

11 İyun 2021
  • MANŞET
  • XuralTAC

İlham Əliyev Putini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.  Xural.com xəbər verir ki,…

11 İyun 2021
Xural.COM