Girov və İtkinlərlə bağlı yeni QHT yaradıldı

Elşad Abdullayevin bacısı oğlu yeni qurum yaratdı

azad mursaliyev

Son 20 ildə Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi vəziyyət, qalmaqallı qətlllər, ölkədə hökm sürən məmur özbaşınalığı, güc strukturlarında neqativ halların baş verməsi, bu gün özünün son həddinə çatıb. Belə bir vəziyyətdə, narahatlıq doğuran daha bir ciddi məsələ əsir, girov və itkin düşən soydaşlarımızın taleyi ilə bağlıdır. Hal-hazırda Azərbaycan atəşkəs dövrünü yaşamasına baxmayaraq, respublika vətandaşlarından olan qurbanların sayı artır. Onların arasında itkin, əsir düşmə, girov götürülmə kimi hallar artıq təsadüfi xarakter daşımır. Bəzi hallarda yaxınları onlar barədə məlumat ala bilmirlər, mümkün toplanmış materialların aidiyyatı üzrə təqdilm edilməsi üçün müəyyən rəsmi bilgilərə malik olmurlar. Bu şəraitdən isə ayrı-ayrı qüvvələr və ya fərdlər şəxsi məqsədləri üçün bəhrələnməyə çalışırlar. Ölkə vətəndaşlarının itkin düşməsi, girov götürülməsi bəzən döyüş bölgəsində deyil, ölkə daxilində də baş verir və bu hərəkətlər siyasi məqsədlər üçün həyata keçirilir. Nəticədə həm zərərçəkənlərin özləri, həm də onların yaxınları, ailələri, bütövlükdə bu problemdən sığortalanmayan cəmiyyət əziyyət çəkir. Belə vəziyyətdə problemin qarşısını almaq üçün hökmən məqsədyönlü dövlət siyasəti ilə yanaşı, qeyri-hökümət təşkilatlarının da fəaliyyəti zəruridir. Qeyd olunanlar nəzərə alınaraq, müharibə və yaxud qeyri- müharibə şəraitində, eləcə də siyasi məqsədlər üçün itkin, əsir düşmüş və yaxud girov götürülmüş şəxslərin axtarılması, onların öz döğma yurdlarına, ailələrinin yanına qaytarılması üçün bu istiqamətdə yerli aidiyyatı, o cümlədən beynəlxalq təşkilat və komitələrlə əməkdaşlıq edilməsi məqsədi ilə “Girov və İtkinlərin Müdafiəsi” İctimai Birliyinin yaradılması qərara alınıb. İctimai Birliyin Əsasnaməsi və Nizamnaməsi qəbul edilib.

xural.com-un əldə etdiyi məlumatlara görə, Azad Mursalıyev yeni yaradılan qurumun sədri seçilib. Qərara alınıb ki, dövlət qeydiyyatına alınması üçün təşkilatın qeydiyyat sənədləri Ədliyyə Nazirliyinə təqdim edilsin.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button