“Global Witness” təşkilatı Muxtar Babayevə qarşı rəsmi şikayətə başlayıb

Yayımlandı: 11 İyun 2024 16:28

Qubad İbadoğlunun ailəsi Bonn İqlim konfransında BMT-yə çağırış edib

Azərbaycanlı siyasi məhbus Qubad İbadoğlunun ailəsi Bonn İqlim Dəyişikliyi konfransında BMT-ni hərəkətə keçməyə və danışıqları yekunlaşdırmağa çağırıb.

Akademikin Bonnda təsvir olunan şəkilləri və BMT-yə müraciət Qubad İbadoğlunun azadlığa buraxılması üçün COP29-a təzyiqləri artırıb.

İyunun 10-da Bonn şəhərində keçirilən beynəlxalq iqlim danışıqları zamanı kampaniyaçılar diqqəti COP29-a ev sahibliyi edən Azərbaycanda baş verən insan hüquqlarına, Qubad İbadoğluna təzyiqlərə və Əliyev hakimiyyətinin tənqidçilərinə qarşı qeyri-insani rəftara yönəldiblər.

London İqtisadiyyat Məktəbinin baş elmi işçisi olan doktor İbadoğlu ötən ilin yayında Azərbaycanda olarkən polis tərəfindən zorakılıqlara məruz qalıb və saxta ittihamlarla həbs edilib.

O, hələ də Bakıda ev dustaqlığında saxlanılır.

İbadoğlunun Bonn konfransında iştirak edən qızı Jalə Bayramova deyib ki, atasının və bir çox digər siyasi məhbusların Əliyev rejimi tərəfindən həbsdə saxlanıldığı dövrdə Azərbaycanın Bonn danışıqlarında iqlim liderləri kimi tərifləndiyini görmək iyrəncdir.

Atam öz fəaliyyətində neft və qaz gəlirləri, bu sənayenin ətraf mühitə təsirləri və korrupsiya ilə bağlı araşdırmalarına görə cəzalandırılır. Onun ürəyi təcili əməliyyat olunmalıdır və hətta ev dustaqlığında da tam olaraq tibbi yardımdan məhrumdur. BMT atamın azad edilməsi və beynəlxalq iqlim prosesinin legitimliyinin qorunması üçün Azərbaycan rejiminə təzyiq göstərməli və hərəkətə keçməlidir”.

Danışıqlar zamanı “Global Witness” təşkilatı doktor İbadoğlunun şəklini nümayəndələr qarşısında və Bonn konfransında görkəmli binaların üzərinə proyeksiya edərək Azərbaycan hakimiyyətini onu azad etməyə çağırıb.

“Global Witness” təşkilatı həmçinin Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevə qarşı rəsmi şikayətə başlayıb.

Şikayətdə bildirilir ki, cənab Babayev İbadoğlunu həbsdə saxlamaqda davam edən rejimin rəsmisi kimi BMT-nin iqlim sazişini pozur.

Doktor İbadoğlunun həbsi ölkənin neft və qaz siyasətini tənqid edən məqalələr dərc etməsindən və azərbaycanlı oliqarxlar tərəfindən oğurlanmış dövlət sərvətlərini Azərbaycan xalqına qaytarmaq üçün xeyriyyə fondu yaratmasından sonra baş verib.

Bildirilir ki, hazırda ev dustaqlığında saxlanılan alimin ittiham olunduğu maddələr onun 17 ilə qədər azadlıqdan məhrum edilməsini nəzərdə tutur.

Həmçinin qeyd olunur ki, onun səhhətində problemlər var və həbsdə olduğu müddətdə həkimlər tərəfindən İbadoğluna həyati əhəmiyyətli tibbi yardım göstərilməyib.

Onun şəkərli diabet, yüksək qan təzyiqi səbəbindən onsuz da kövrək olan səhhətinin pisləşdiyi bildirilir.

Ailə üzvlərinin dediyinə görə, o, aprel ayında ev dustaqlığına buraxılıb və burada Azərbaycan hakimiyyəti onun tibbi xidmətə çıxışını məhdudlaşdırmağa davam edib.

Doktor İbadoğlunun ailəsi geniş vətəndaş cəmiyyəti qrupları koalisiyası ilə birlikdə onun dərhal və qeyd-şərtsiz azad edilməsinə, eləcə də Azərbaycanda digər siyasi məhbusların azad edilməsinə çağırır.

J.Bayramova qeyd edib ki, qardaşı İbad Bayramov Azərbaycanın yanacaq sənayesinin əsas oyunçularından olan, ölkənin ən böyük xarici investoru BP və “TotalEnergies”ə məktub ünvanlayıb.

O, hər iki şirkətdən atasının azad edilməsi üçün çağırış etmələrini xahiş edib. Lakin şirkətlərin heç biri hələ də onlara ünvanlana  məktublara  cavab verməyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button