Gömrük rəisinin 2,8 milyonluq oteli

Xural.com press-az.com-a istinadən xəbər verir ki, ilin əvvəlində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 2016-cı ilin yekunlarına dair hesabat-mətbuat konfransı keçirdi. İdarə rəisi Kamran Əliyev bildirdi ki, qanunvericiliyə edilən dəyişikliklər korrupsiyaya qarşı mübarizədə müsbət rol oynayıb.
K.Əliyev bildirib ki, ötən il Dövlət Təhlükəsizlik Xidmətindən 14, Fövqəladə Hallar Nazirliyindən 16, Ədliyyə Nazirliyindən 15, Daxili İşlər Nazirliyindən 15, Vergilər Nazirliyindən 48, Dövlət Gömrük Komitəsindən 3, Dövlət Sərhəd Xidmətindən 4, Baş Prokurorluqdan 5, rayon prokurorluqlarından 65, Prezident Administrasiyasından 1, Bakı Ağır Cinayətlər Məhkəməsindən 1, rayon məhkəmələrindən 37, Bələdiyyələrlə İş üzrə Mərkəzdən 23, Maliyyə Nazirliyindən 15, Səhiyyə Nazirliyindən 4, Təhsil Nazirliyindən 4, Kənd Təsərrüfatı Nazirliyindən 6, Maliyyə Bazarlarına Nəzarət Palatasından 4, İqtisadiyyat Nazirliyindən 9, Əmlak Məsələləri Komitəsindən 14, Dövlət Neft Şirkətindən 6, Dövlət İmtahan Mərkəzindən 5, bank sektorundan 23 material Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olub. Materialların əksəriyyəti barədə cinayət işi başladılıb.
Bu il başlanılan cinayət işləri barədıə yaqin ki, 2018-in əvvəlində məlumat daxil olacaq.
Ancaq indidən görünən o ki, korrupsiyanın kökünü kəsmək mümkün olmayıb. Vəziyyət azca da olsa yaxşılığa doğru dəyişməyib.
Bəs səbəb nədir. Ən maraqlı açıqlamanı Hafiz Hacıyev verib.

Müasir Müsavat Partiyasının sədri gəlir deklorasiyasının tətbiqinin zəruriliyi ilə bağlı maraqlı fikirlər səsləndirib.

Partiya sədrinin sözlərinə görə, gəlir deklorasiyasının tətbiqi korrupsioner məmurların əl-qolunu bağlayan təsirli vasitə ola bilər:

“Təbii ki, gəlir deklorasiyasının tətbiq edilməsi şəffaflığı təmin edər. Məndə olan məlumata görə, Milli Məclisə belə bir təklif verilib. Yaxın vaxtlarda bu qanunun qəbul edilməsi gözlənilir. Cənab prezidentin özü bununla bağlı təşəbbüslə çıxış edib. Əminəm ki, ölkədə korrupsiya halları kəsilməlidir və kəsiləcək də.

Bəzi məmurlar korrupsiyaya öyrənib. Onlar axşam arvadlaırna pul aparmasalar yata bilmirlər. Arvadlar də pulsuz onları evə qoymur. Ona görə də düşünürəm ki, bu məmurların əl-qolunu bağlamaq üçün əsas məsələ gəlir deklorasiyasının tətbiqidir. Gəlir deklorasiyası olsa, bilmək olar ki, hansı məmur hansı əmlaka sahibdir və onu nə ilə alıb.

Gürcüstanda böyük yatırımlar qoyublar. Bu pulu hardan alıblar? 1700 manatla Gürcüstanda belə bir yatırım qoymaq necə mümkün olub? Nazirlər var ki, milyardlıq layihələr həyata keçirib. Gəlir deklorasiyası olsa, məmurlar özlərində bir balaca məsuliyyət hiss edərlər. İcra başçısı tanıyıram ki, Köln şəhərində böyük bir poliklinika açıb. Gəlir deklorasiyası olsa, bunlar oraya çıxar və həmin məmmurlar cavab verməli olarlar.

Ölkə prezidenti bu yöndə ciddi addımlar atmaqdadır. Hesab edirəm ki, qısa zamanda bu məsələ öz həllini tapacaq. Əliəyri məmurlar etdiklərinin cavabını verəcək. Korrupsiyaya qurşanan insanların hamısı həbs edilməlidir. Onların əlindən bütün var-dövlət alınmalıdır. Necə ki, Ziya Məmmədovun var-dövləti dövlətin xeyrinə əlindən alınır. Bu, digər məmurlara da görk olar”.

Ümumiyyətlə bu məsələnin bu gün qabatmağımıza səbəb Yevlax Gömrük İdarəsinin rəisi Arif Mehdiyevlə bağlıdır.
Yevlax-Bərdə yolu üstündə fəaliyyət göstərən “Həmdəm” oteli ona məxsusdur. Bu obyekt yaxın zonalarda ən prestijli və bahalı otel kimi tanınır. Otelçilik hazırda turizmi inkişaf edən Azərbaycanda lazımlı sahədi. Ancaq məvacibi min manatdan yuxarı olmayan gömrük rəisi tikintisi 2 milyon 800 minə başa gəlmiş otelə necə sahib olub?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button