GÖMRÜKDƏ ŞOK DƏYİŞİKLİKLƏR – Bakı gömrüyünün rəisi sərəncama götürüldü

Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”‘ə verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürülüblər.

vusal

Məlumata görə, V.Novruzovun yerinə Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov, B.Salayevin yerinə isə gömrük xidməti polkovniki Məsum Rəsulov təyin edilib.

Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin rəisi vəzifəsinə isə Hüseyn Həsənli təyin olunub.

Qeyd edək ki, Hüseyn Həsənli QMİ sədrinin birinci müavini Hacı Sabir Həsənlinin oğludur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button