Goranboyda «Avroviziya»ya müəllimlərdən pul yığılır

Goranboy rayonunda təhsil işçilərindən məcburi olaraq pul yığılır. Rayonun təhsil şöbəsinin müdiri İlham Hüseynov məktəb direktorlarına göstəriş verib ki, hər bir müəllimdən 2012-ci ildə Bakıda keçiriləcək «Avroviziya» yarışması üçün pul yığılsın. Bu barədə rayon sakinlərindən biri redaksiyamıza məlumat verib. Rayon sakini əməkdaşımızla söhbətində onu da deyib ki, pul yığımı ilə bağlı olaraq müəllimlər arasında ciddi narazılıq var. «Əgər bu göstərişin icrası dayandırılmasa, müəllimlər mətbuata açıqlamalar verəcəklər» deyə həmsöhbətimiz bildirdi.

 XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button