Gördükləri insanları şoka saldı

Insanlar itin ağzında nə daşıdığını görəndə, heyrətdən tükləri biz-biz oldu.

Gördükləri heyrətamiz mənzərə bununla bitmədi…

Bu ağlasığmaz hadisə Braziliyanın San-Paul ştatında yerləşən Kampinas şəhərində baş verib. Küçə ilə yürüyərək, ağzında yeni doğulmuş körpəni daşıyan iti görəndə, əvvəlcə məhəllə sakinləri gözlərinə inanmadılar. Onlar bu köməksiz körpənin analıq hissindən uzaq biri tərəfindən zibilə atılmasını və gününün əksər hissəsini o zibillikdə keçirən itin insanlığa etdiyi yardımsevərlik qarşısında heyrətdən donub qalmışdılar. Kimdir insanlığa layiq?  Bu körpəni canlı-canlı zibilə ataraq, barəsində ölüm hökmü verən, yoxsa, insanlığa meydan oxuyaraq, o körpənin həyatını xilas etməyə çalışan adi bir it?

Bir küçə itinin müdrikliyi və mərhəməti nə qədər ola bilər ki, ümidini Allahdan belə üzmüş bir çağaya yardım edə bilsin. Hadisə isə belə baş verdi.

Kampinasda insanlar gündəlik qayğıları ilə sıradan bir gün keçirirdilər. Birdən küçənin səssizliyini narıncı it və onun ağzında daşıdığı çağa pozur. İt zibil konteynerlərinin arxasından çıxaraq, ağzında çox ehtiyatla yenidoğulmuş bir çağa daşıyır.

Görünür ki, çağa elə indilərdə dünyaya gəlib. Onun hətta göbəyi belə kəsilməyib. Ağla da sığmır ki, necə ola bilər, bu çağa insan deyilən bir varlıq tərəfindən amansızcasına bir zibil qutusuna atılsın?

Ağzındkı çağa ilə it yaxınlıqdakı evə sarı dönür. Bu mənzərə ilə qarşılaşan evdar qadın şoka düşür. Ancaq ilk qorxu mərhələsini keçəndən sonra dərhal çağaya kömək etməyə tələsir. İnanmaq çətindir, amma aydın olur ki, qız uşağı olan çağa sağdır. İt hətta ağzında daşıyarkən belə ona xəsarət yetirməyib.

Körpə dərhal xəstəxanaya yerləşdirilir, ona ilkin yardım göstərilir. Həkimlər deyirlər ki, balaca qız sağlamdır və onun həyatını təhlükə altında qoyacaq heç bir şey yoxdur.

Polis artıq körpənin bioloji anasının axtarışına başlayıb. Bununla yanaşı, körpənin həyatını xilas edən it əməlli-başlı məşhurlaşıb. Yerli sakinlər onu Anjella adlandırmağa başlayıblar. Çünki onlar bu qənaətdədirlər ki, mələklər körpənin həyatını xilas etmək üçün məhz bu itin timasalında onların gözünə görünüblər.

Sahibsiz itə dərhal bir neçə adam yiyələnmək istəyib. Lakin o azadlığı hər şeydən üstün tutub. Digər tərəfdən itin səfilliyi də özünü göstərməyə başlayıb. O ardıcıl olaraq, yerli zibilxanalarda eşələnir. Hətta qonşuların səyi ilə gündə bir neçə dəfə yedizdilməsinə baxmayaraq,  zibillikdən əl çəkmir – bəlkə onun yardımına ehtiyacı olan başqa bir canlının axtarışına çıxır? Bunu heç kəs bilmir.

Hə, bu hadisə bir daha sübut etdi ki, hələ bu dünyada itlərdən – heyvanlardan çox şey öyrənməyə ehtiyacı olan mərhəmətsiz, qəddar, amansız insanlar var.

Yaxşı bir aforizm var: “Mən insanları tanıdıqca, heyvanları sevməyə başladım…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button