Göydə körpə dünyaya gəldi – VİDEO

arsenRusiyanın Krasnodar vilayətindən Narilskə R916 reysi ilə uçan təyyarədə gözlənilməz hadisə baş verib. Təyyarənin heyəti müvəqqəti olaraq, peşələrini dəyişməli olublar. XuralTAC Rusiyanın NTV kanalına istinadən xəbər verir ki, yerdən təxminən 10 min km. hündürlükdə sərnişin qadının doğum sancıları başlayıb. Ekstremal hal kimi qəbul edilən belə bir şəraitdə stüardessalar və uçuş heyətinin bu sahədə olan təcrübəli əməkdaşları doğuşu qəbul etmək üçün səfərbər olublar.

Vaxtından xeyli əvvəl dünyaya oğlan uşağı gətirən qadın Yuliya Soboleva sonradan baş vermiş hadisəni xatırlayaraq deyir: “Biz yanacaq doldurandan az sonra mənim sancılarım başladı. Panikaya düşmədim, çünki bundan əvvəl bir qızım anadan olmuşdu və müvafiq kurslarda əldə etdiyim təcrübə bu zaman da köməyimə gəldi. Stüardessaların hamısı gənc və təcrübəsiz olduqları üçün bütün göstərişləri özüm verməyə başladım. Çünki hansı şəraitdə uşaq dünyaya gətirməyimin fərqində idim. Onlar da mənim dediklərimi böyük bacarıqla həyata keçirdilər.” Uçuş biletyoxlayanı Ada İbrahimova isə belə deyir: “Uşaq anadan olandan sonra səsi çıxmadı və biz narahat olduq. O mənim əlimdə idi, o qədər balaca və kövrək idi ki, tutmağa belə qorxurdum. 2 dəfə kürəyinə vurandan sonra körpə ağlamağa başladı və biz rahat nəfəs aldıq”. Uşağın göbəyini kəsməyilə fəxr edən stüard Aleksandr nə vaxtsa belə hadisə ilə üzləşəcəyini heç ağlına gətirmədiyini deyir. Doğuşdan bir qədər sonra yerə enən təyyarəni təcili yardım maşınları qəbul edib və dərhal ana ilə körpəsini Doğum Evinə yerləşdiriblər. Həkimlərin verdiyi məlumata görə, 1.700 qram çəkisi olan körpə hələ 4-5 gün nəzarət altında saxlanılacaq, ondan sonra xəstəxananın ünvanı dəyişdiriləcək.

Maraqlıdır ki, Doğum haqqında şəhadətnaməsində körpənin əvvəlcədən nəzərdə tutulan adı – Arsen yazılsa da, doğum yeri qeydə alınmayıb və həmin qrafa boş saxlanılıb. Valideyinləri övladlarının ilk oyuncağının da təyyarə olacağına əmindirlər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button