“Gözələ belə cəza yaraşmır”

“Bu cür hərəkətlər mənəviyyata və əxlaqa ziddir” . Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycanın tanınmış vəkili Adil İsmayılov İctimai Palatanın 17 apreldə keçirdiyi mitinqdə AXCP sədrinin müavini Gözəl Bayramlının 5 sutkalıq həbs cəzasına layiq görülməsinə münasibət bildirərkən deyib.

Vəkil bildirib ki, qadına verilən bu cəza həddindən artıq ağrıdır. Onun sözlərin görə, qanunla müəyyən edilən ayrı-ayrı cəzalar , cərimələr var: “Hesab edirəm ki, bunların birini tətbiq edə bilərdilər. Bu cür hərəkətlər mənəviyyat və əxlaqa zidd olan bir hərəkətdir. Mən ümumiyyətlə baş verənləri tam bilmirəm. Amma onu deyə bilərəm ki, Gözəl Bayramlıya həddən artıq ağır cəza verilib. Onun seçki öncəsi debatlarını da izləmişəm. Ona görə də, bu xanım siyasətçi haqqında yüksək fikirdəyəm” .

Qeyd edək ki, tanınmış vəkil bu gün “Facebook” sosial şəbəkəsində “Gözəlin yeri təcridxana yox, Milli Məclisdir”-statusunu paylaşıb.

Qeyd edək ki, Gözəl Bayramlı İctimai Palatanın 17 apreldə keçirdiyi mitinq zamanı həbs olunub. AXCP funksionerinə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 5 sutka müddətinə inzibati qaydada azadlıqdan məhkum edilmə cəzası verilib.

Jalə Məmmədli

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button