Gözəl Bayramlının məhkəməsində gözlənilməz dəyişiklik

Gəncə Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə hökm oxunacağı gözlənilsə də, hakim Teyyub Muxtarovun sədrlik etdiyi iclasda bildirilib ki, ötən prosesdə Gözəl Bayramlının Gürcüstan-Azərbaycan sərhədini keçərkən «Sınıq körpü» gömrük-buraxılış məntəqəsindəki kameraların qeydə aldığı görüntülərin alınması ilə bağlı vəsaət təmin edilib və müvafiq orqanlara sorğu göndərilib. O bildirib ki, Dövlət Gömrük Komitəsinə və Dövlət Sərhəd Xidmətinə göndərilən sorğunun cavabı gəlmədiyinə görə, proses aprelin 20-nə qədər təxirə salınır.

Bizimyol.info xəbər verir ki, G.Bayramlının vəkili Elçin Sadıqov buna etiraz edərək, prosesin süni uzadıldığını deyib. O, jurnalistlərə açıqlamasında deyib ki, videogörüntülərin alınmasıyla bağlı məhkəmədə vəsatət qaldırsalar da, hakimlər onu təmin etməmişdi. O, ötən iclasda çıxışlar mərhələsinin bitdiyini, məhkəməınin qərarın elan olunması üçün müşavirəyə getdiyini deyib. “İndi isə gəlib, vəsatətin təmin olunduğunu elan edirlər. , Hakimlər vəsatət üçün yox, qərar üçün müşavirəyə çıxmışdılar

Bu, vəsatət müşavirə otağında həll olunası məsələ deyil. Bu, istintaqın təzələnməsidir. Ona görə bu vəsatətə ayrıca baxılmalıydı”.

Qeyd edək ki, şikayət Qazax rayon Məhkəməsinin hökmündən verilib. Hökmə əsasən, Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.

“Özünü şübhəli apardığına görə onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.
İlkin araşdırmalarla Gözəl Bayramlının 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib” – deyə məlumatda bildirilir.

Gözəl Bayramlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilib.
G.Bayramlı ittihamları qəbul etmir, siyasi sifarişlə həbs edildiyini bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button