Güclü külək və dolu Zaqatalada bir sıra fəsadlar törədib – VİDEO, FOTO

Güclü külək və dolu Zaqatalada bir sıra fəsadlar törədib.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, mayın 19-u axşam saat 22 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində 2 saata qədər davam edən qeyr-sabit hava şəraiti hökm sürüb.

Rayonun bir çox ərazilərində dolu, qısamüddətli leysan yağış və güclü külək müşahidə olunub. Güclü külək nəticəsində rayon mərkəzi daxil olmaqla, bir çox ərazilərdə ağaclar aşıb, elektrik və rabitə xətləri qırılıb.

Rayon mərkəzində bir neçə yaşayış binasının və fərdi evlərin dam ortüyünü külək aparıb. Rayon mərkəzinin bir çox hissəsinə güclü dolu yağıb.

Rayonun 70 faizdən çox ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda Rayon Fövqəladə Hallar Komissiyasının üzviləri ərazilərə baxış keçirirlər.

***

Gecə saatlarında respublikanın Zaqatala və Qax rayonlarına dolu yağıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, dolu, əsasən Zaqatala şəhərinə və Qax rayonunun bəzi kəndlərinə daha çox düşüb.

Təqribən 15 dəqiqə davam edən və təqribən qoz iriliyində yağan dolu meyvə ağaclarına və bəzi minik avtomobillərinin şüşələrinə ziyan vurub.

Şimal-qərb bölgəsində hazırda güclü külək və yağış yağmaqda davam edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button